Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1179/2021 25.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı doğum hqqında akt qeydinin düzgün olmamasının müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı ərizə ilə müraciət edərək, doğum akt qeydində düzəliş apararaq, ana qrafasında ana adının X1 yazılması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Məhkəmə baxışında ərizəçi X3 göstərdi ki, ərizəsinə baxılmasını istəmir. Bu barədə məhkəməyə ərizə təqdim etdi və ərizəsinin mahaiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaaq maraqlı tərəf Şmaxı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizəyə dair münasibətini bildirməmişdir. Məhkəmə ərizəçini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi ərizənin qaytarılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamsıın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1179/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1179/2021
25.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver