Məhkəmə qərarları › İş №2(074)-121/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-121/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-121/2020 09.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi x2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Wolkswagen Touareg markalı **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5030.40 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi x5 izahat verib bildirdi ki, Cavabdeh 05.03.2013-cü il tarixdə idarə etdiyi Vaz 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunda hərəkət edərək manevretmə qaydalarını pozaraq Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə vaxtı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh oğlu avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh oğlunun təqsirli olması Şamaxı rayon məhkəməsinin 3(074)- 54/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. 01.04.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9150 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin PAT 908/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti hər iki tərəfin təqsirli olmasını nəzərə alaraq 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Odur ki, iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayındəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 02.04.2013-cü il tarixli PAT № 908/2013 saylı sığorta aktından görünür ki, 05.03.2013-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış Vaz 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. x9 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9150 manat məbləğində maddi ziyan dəymişdir. Sığorta ödənişinin məbləği 5000 manat müəyyən edilməklə x6 bank hesabına köçürülmüşdür. İş materiallarında olan 04.04.2013-cü il tarixli № 1864 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 02.04.2013-cü il tarixli PAT № 908/2013 sığorta aktına əsasən x6 hesabına 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 01.04.2013-cü il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 9150 manat maddi ziyan dəymişdir. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə portaldan çıxarışdan görünür ki, Vaz 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT № ********** saylı sığorta şəhadətnaməsi ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan PAT № ********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, Vaz 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 06.05.2012-ci il tarixdən 05.05.2013-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 05.03.2013-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi VAZ 21074 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Həmçinin sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı və sərxoş olduğu müəyyən edilmişdir. Hadisə zamanı Wolkswagen Touareg markalı **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, hadisə zamanı Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü x13 olmuşdur. İş materiallarında olan AYP № 640099 saylı inzibati xəta haqqında potokolun surətindən görünür ki, 05.03.2013-cü il tarixdə Yol hərəkəti Haqqında qanunun tələblərini pozduğu üçün Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19.03.2013-cü il tarixli 3(074)- 54/2013 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 22.10.2019-cu il tarixli № P4148-19 saylı pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 05.03.2013-cü il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan AB № 601002 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi x7r. İş materiallarında olan ƏN-İİİ № 266084 saylı etibarnamənin surətindən görünür ki, x1 Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, üzərində sərəncam vermək və digər məqsədlər üçün x10 etibar etmişdir. İş materiallarında olan AB № 029782 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Vaz 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi x8r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, x3 21033 markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, üzərində sərəncam vermək və digər məqsədlər üçün Cavabdeh etibar etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2020-ci il tarixli № 9/242 saylı ekspert rəyindən görünür ki, Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 7746 manat maddi ziyan dəymişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 22.11.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olunur ki, Vaz 21033 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu 05.03.2013-cü il tarixdə Vaz 21033 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək hüququ olsa da, həmin avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və x6 idarə etdiyi Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. x9 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı sahibinə 9150 manat maddi ziyan dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sürücüsü x10 5000 manat sığorta ödənişi vermiş, hazırkı iddia üzrə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçı Sığorta şirkətinin məhkəməyə təqdim etdiyi qiymətləndirmə barədə hesabata baxmayaraq keçirilmiş ekspertiza nəticəsində Wolkswagen Touareg markalı **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 9150 manat deyil, cəmi 7746 manat olduğu müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, sığorta ödənişi vermiş iddiaçının,avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə edək Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, Cavabdeh qaydada Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5000 manat və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qaydada Wolkswagen Touareg markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5000 manat və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar