Məhkəmə qərarları › İş №2(074)-1252/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1252/2021

06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1252/2021 06.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, ərizəçi İddiaçı maraqlı şəxslər Ağsu regional Qaz İstismarı idarəsinin X2 Sahəsi, Azərişıq ASCnin Şamaxı filialı, Azərsu ASC-nin Şamaxı filialına qarşı yaşadığı evin qaz, işıq və su sayğacın ilə təhciz edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı məhkəmədə maraqlı şəxslər Ağsu regional Qaz İstismarı idarəsinin X2 Sahəsi, Azərişıq ASC-nin Şamaxı filialı, Azərsu ASC-nin Şamaxı filialına qarşı yaşadığı evin qaz, işıq və su sayğacın ilə təhciz edilməsinə dair iddia qaldıraraq, yaşadığı Şamaxı şəhəri X4 küçəsi 14 saylı evə qaz, işıq və su xəttlərinin çəkilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizənin forma və məzmununa riayət edilməmiş iddia icraatı qaydasında iddia ərizəsi formasında hazırlanmalı, iddiaçı və cavabdehlər qeyd edilməli olduğu halda, xüsusi icraat qaydasında ərizəçi və maraqlı şəxslər qeyd edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Dövlət Reyestrdən çıxarışdan görünür ki, Şamaxı şəhəri Xətai küçəsi 14 saylı ev X1 adına rəsmiləşdirilmişdir. Bundan başqa mülkiyyətçi ilə Azəriqaz Layihə İnşaat QSC ilə 30 sentyabr 2021-ci il tarixdə AŞX-168/21 saylı razılaşma protokolu tərtib edilərək 22 iş günü müddətində onun yaşadığı binada qazlamşa aparılması göstərilmişdir. Görünüdüyü kimi işin görülməsi üçün nəzərdə tutumuş müddət bitməmişdir. Bundan başqa iddiaçı tərəfindən pretenziya qaydalarına əməl olunmamış, olunsa belə bununla bağlı iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbindən də aydın olur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin 149-150-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-in 152.1.6-cı maddəsinə əsasən. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152-ci, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Ağsu regional Qaz İstismarı idarəsinin X2 Sahəsi, Azərişıq ASCnin Şamaxı filialı, Azərsu ASC-nin Şamaxı filialına qarşı yaşadığı evin qaz, işıq və su sayğacın ilə təhciz edilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar