Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1452/2025 25.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Məhsul” X3 X2 Cəmiyyətinin Şamaxı Rayon Şurasnın Dövlət Sosial Müdafiə Fonduna 4269,59 manat, İcbari Tibbi Sığorta Fonduna 0,01 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix - 23 avqust 1971-ci il, doğulduğu yer - Azərbaycan, Şamaxı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 1012470) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan “Məhsul” X3 X2 Cəmiyyətinin Şamaxı Rayon Şurasının (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 4269,59 manat, dövlət büdcəsinə 330,92 manat məbləğində (o cümlədən, faizlər üzrə 100,96 manat, maliyyə sanksiyası üzrə 221,01 manat) İcbari Tibbi Sığorta Fonduna 0,01 manat olmaqla, cəmi 4600,52 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********852900, xx.xx.2025-ci il tarixli **********467400, xx.xx.2025ci il tarixli, **********144900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. “Məhsul” X3 X2 Cəmiyyətinin Şamaxı Rayon Şurasının (VÖEN : **********) da qeyri-kommersiya qurumu olduğundan və qeyd olunan borc məbləğləri onun qeyri-kommersiya xarakterli fəaliyyətinin nəticəsi olduğundan, belə olan halda “Məhsul” X3 X2 Cəmiyyətinin Şamaxı Rayon Şurasının (VÖEN : **********) icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələbinə əsasən, ümumi məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. Məhkəmə işə tərəflrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, “Məhsul” X3 X2 Cəmiyyətinin Şamaxı Rayon Şurasının xx.xx.2024-cü il tarixə (VÖEN : **********) dövlət büdcəsinə olan ümumilikdə 5701,08 manat, vergilər üzrə 777,25 manat, məcburi dövlət social sığorta haqqı üzrə 4328,98 manat, işsizlikdən sığorta haqqı üzrə 117,65 manat, icbari tibbi sığorta haqqı üzrə 477,20 manat məbləğində borcunun olduğu bildirilmiş, həmin borcu 15 gün müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli, **********852900 nömrəli bildirişdə göstərilir ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN : **********) xx.xx.2025-ci il l tarixə, ümumilikdə 443,25 manat məbləğində borcu vardır və vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********467400 nömrəli bildirişdə göstərilir ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN : **********) xx.xx.2025-ci il l tarixə, ümumilikdə 611,01 5 manat məbləğində borcu vardır və vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********144900 nömrəli bildirşdə göstərilir ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN : **********) xx.xx.2025-ci il l tarixə, ümumilikdə 5260,70 manat məbləğində borcu vardır və vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin Maraqlı şəxs 03 iyul 2025-ci il tarixdə ünvanladığı məktubda, “Məhsul” X3 X2 Cəmiyyətinin vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN : **********) xx.xx.2025-ci il tarixə, ümumilikdə 5135 manat məbləğində borcu olması göstərilmiş, həmin borcun 15 gün müddətinə ödənilməsi tələb olunmuş, ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs 23 avqust 1971-ci ildə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Məhsul” X3 X2 Cəmiyyətinin Şamaxı Rayon Şurasının (VÖEN : **********) rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN : **********) dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır. Maraqlı şəxs borcun ödənilməsi tələb edilsə də, o, tələbi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və vergi ödəyicisi olan fiziki şəxs 23 avqust 1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305.1.12, 355-7.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23 avqust 1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1452/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1452/2025
25.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver