Məhkəmə qərarları › İş №2(074)-1546/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1546/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1546/2024 04.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağaisa oğlu və Cavabdeh4 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağaisa oğlu və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus, ünvan 1ının itirilmiş hesab olunması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Nəsimi küçəsi, 13 saylı evi 28 iyun 2004-cü il tarixdə Şamaxı Rayon Notariat Kontorunda 227067 saylı alqı-satqı müqaviləsi ilə X4 alıb. Evi alqı-satqı edərkən cavabdehlər həmin evdə qeydiyyatda olublar. Onlar bildiriblər ki, alqısatqıdan sonra evin qeydiyyatından çıxacaqlar. Həmin vaxtdan hal-hazıra kimi dəfələrlə evin qeydiyyatından çıxmaları haqqında cavabdehlərə müraciət edib, lakin bu günə kimi heç bir nəticəsi olmayıb. Hətta, o, Şamaxı Rayon Polis X14 və Qeydiyyat Şöbəsinə müraciət edib və ona bildiriblər ki, hamısını qeydiyyatdan çıxaracaqlar. Bir müddət keçəndən sonra həmin Şöbəyə gedib soruşub, ona bildirilib ki, hamısı qeydiyyadan çıxarılıb. 2-3 ay əvvəl polis işçiləri Cavabdeh1 onun evində yaşayıb-yaşamadığını soruşanda bilib ki, alqı-satqı edilməsinə baxmayaraq və başqa ünvanda yaşasalar da cavabdehlər hələ də onun evindən qeydiyyatdan çıxmayıblar. X1 vəfat etmiş, digərləri isə hal-hazırda onun evində qeydiyyatda qalmaqda davam edirlər. O və ailə üzvləri mülkiyyətlərində olan evdən tam şəkildə istifadə edə bilmirlər. Evə mülkiyyət, sahiblik hüquqları olsa da cavabdehlərin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququna toxunur. Cavabdehlər başqa ünvanda yaşayır, onlardan yalnız Ağaisanın telefon nömrəsi ona məlumdur. Onunla telefon əlaqəsi saxlayıb, onun mülkiyyətində olan evin qeydiyyatından çıxmalarını xahiş etsə də hər dəfə bir bəhanə gətirib və evin qeydiyyatından çıxmırlar. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcburdur. Cavabdehlər evi ona satıb daimi yaşayış üçün başqa ünvana getdiklərindən ona məxsus ünvan 1ını itiriblər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, onlar 2004-cü ildə evi cavabdehlərdən alıblar. O zamandan bəri cavabdehlər qeydiyyatdan çıxmayıblar. Cavabdehlər evin əvvəlki sahibləridirı. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, yeni yaşadıqları evə qeydiyyata düşmək üçün lazım olan rüsumu ödəməyə maddi imkanları olmadıqları üçün köhnə evin qeydiyyatında qalıblar. Ev iddiaçıya satılandan sonra onun ailəsindən heç kim orada yaşamayıb. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X6, xx.xx.1940-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh3 Ağaisa oğlu və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh4 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 28 iyun 2004-cü il tarixli, 227067 nömrəli müqavilənin surətindən görünür ki, satıcı X2 şəhəri, Nəsimi küçəsi, 13 nömrəli ünvanı alıcı İddiaçı satmışdır. İş materiallarında olan Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 2012 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 3 ünvanda yerləşən yaşayış evi xx.xx.2004-cü il tarixdən iddiaçının mülkiyyətindədir. X3 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur, o, iradəsini ifadə edib yaşayış evi üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağaisa oğlu və Cavabdeh4 isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin yaşayış evində yaşamış və qeydiyyata alınmışlar. Hazırki halda, cavabdehlər qeyd olunan yaşayış evindən köçsələr də, yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün isə onların mənzildən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağaisa oğlu və Cavabdeh4 Şamaxı rayonu, ünvan 1ı itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar