Məhkəmə qərarları › İş №2(074)-167/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-167/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-167/2021 24.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh XXX Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh XXX Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişləri kimi verilmiş “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə 2000 manat, sağlamlığına vurulmuş ziyana görə X21 750 manat, X5 1500 manat, X12 1500 manat olmaqla, cəmi 5750 manat məbləğində pulun və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 06.02.2019-cü il tarixdən 06.02.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh özünə məxsus olan “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edərək 21.02.2020-ci il tarixdə saat 18:00-da Şamaxı-İsmayıllı yolunda qabağında hərəkətdə olan yük avtomobili ötmək məqsədilə yolun əks istiqamətinə keçərək qabaqda həmin yolda gələn “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtonəqliyyat hadisəsi nərticəsində “Daewoo Nexia” markalı avtomaşına maddi ziyan vurulmuş və həmin avtomaşında olmuş X7, X4 Rüvşən Əziz oğlu və X27 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Şamaxı RPŞ-nin İB-də araşdırma aparılmış, 20 fevral 2020-ci il tarixli qərarla cinayət işinin başlanmasından imtina olunmuşdur. Araşdırma zamanı məhkəmə tibbi ekspertizaları keçirilmiş və verilmiş rəylərə əsasən “Daewoo Nexia” markalı avtomaşında olmuş X2 yüngül, X1 az ağır dərəcəli xəsarətlərin vurulması müəyyən edilmişdir. Keçirilmiş avtonəqliyyat ekspertizasının rəyinə əsasən “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 2000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə 2000 manat, avtomobildə olmuş zərəçəkmiş şəxslərə sağlamlığına vurulmuş ziyana görə X21 750 manat, X5 1500 manat, X12 1500 manat sığorta ödənişlərini etmişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün “Azsığorta" ASC üçüncü şəxsin avtomobilinə və sağlamlığına dəymiş ziyana görə sığorta ödənişi kimi həmin şəxslərə verdiyi pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş cavabdeh XXX Cavabdeh izahat verib sözügedən yol nəqliyyat hadisəsinin 2019-cu ildə baş verdiyini, həmin zaman onun sürücülük hüququnun olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair portaldan çıxarışdan görünür ki, XXX Cavabdeh tərəfindən “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC-də PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında 06.02.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. İş materiallarında olan AKT0738-CML-2960/2019 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı XXX Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 06.02.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək sığortalanmış “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.11.2019-cu il tarixdə Şamaxı şəhəri ərazisində Röyal Namazova məxsus “Daevoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Daevoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 manat maddi zərər dəymiş, dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 2000 manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan AKT0740-CML-2960/2019 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı XXX Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 06.02.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək sığortalanmış “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.11.2019-cu il tarixdə Şamaxı şəhəri ərazisində yol nəzliyyat hadisəsi törətmiş, nəticədə X12 az ağır bədən xəsarəti dəymiş, dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 1500 manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan AKT0743-CML-2960/2019 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı XXX Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 06.02.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək sığortalanmış “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.11.2019-cu il tarixdə Şamaxı şəhəri ərazisində yol nəzliyyat hadisəsi törətmiş, nəticədə X5 az ağır bədən xəsarəti dəymiş, dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 1500 manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan AKT0744-CML-2960/2019 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı XXX Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 06.02.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək sığortalanmış “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.11.2019-cu il tarixdə Şamaxı şəhəri ərazisində yol nəzliyyat hadisəsi törətmiş, nəticədə X21 yüngül bədən xəsarəti dəymiş, dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 750 manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X9 480 saylı ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər az ağır zərər yurmaya aiddir və 21.11.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X9 481 saylı ekspert rəyindən görünür ki, X11 almış olduğu xəsarətlər az ağır zərər yurmaya aiddir və 21.11.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X9 482 saylı ekspert rəyindən görünür ki, X16 almış olduğu xəsarətlər yüngül zərər yurmaya aiddir və 21.11.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.02.2020-ci il tarixli qərarın surətindən görünür ki, XXX Cavabdeh əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, XXX Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Şamaxı rayon Polis Şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.02.2020-ci il tarixli № 188-946/20 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 21.11.2019-cu il tarixdə Bakı-Şamaxı-Qazax yolunun 122-ci kilometrliyində baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin sahibi və hadisə baş verdiyi anda sürücü XXX Cavabdeh kimi müəyyən edilmişdir. XXX Cavabdeh sürücülük hüququ olmamışdır. Hadisə zamanı X13 mülkiyyətində olan və X14 idarə etdiyi “Daevoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizası barədə 21.02.2020-ci il tarixli № 3456 saylı ekspert rəyindən görünür ki, “Daevoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 1110 manat, işçilik xidmətləri üzrə 890 manat olmaqla, cəmi 2000 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan AD № 211627 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi XXX Cavabdehdur. İş materiallarında olan AC № 432140 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X17r. İş materiallarında olan nəqliyyat vasitələrindən sərəncam verilməsi haqqında ƏN-Vİİ № 054752 saylı etibarnamənin surətindən görünür ki, X25 tərəfindən “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və s. hərəkətləri etməyi 15.05.2020-ci il tarixədək X18 etibar etmişdir. İş materiallarında olan 05.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT0738 sığorta aktı əsasında X14 hesabına 2000 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 05.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT0740 sığorta aktı əsasında X11 hesabına 1500 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 05.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT0743 sığorta aktı əsasında X3 hesabına 1500 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 05.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT0744 sığorta aktı əsasında X16 hesabına 750 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 25.09.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh XXX Cavabdeh mülkiyyətindədir. Eyni zamanda həmin avtomobil cavabdeh XXX Cavabdeh tərəfindən "xxxx" ASC-də 06.02.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortaladılmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 21.11.2019-cu il tarixdə cavabdeh XXX Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X13 mülkiyyətində olan və X14 idarə etdiyi “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma zamanı avtomobilə maddi ziyan dəymişdir. Eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsi zamanı X27 yüngül, X8 və X23 isə az ağır bədən xəsarətləri almışlar. İddiaçı baş vermiş yol sığorta hadisə ilə bağlı “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2000 manat, X21 dəymiş yüngül xəsarətə görə 750 manat, X8 və X23 dəymiş az ağır xəsarətə görə hər birinə 1500 manat məbləğində sığorta ödənişi ödəmişdir. İddiaçı tərəfindən təyin edilmiş ekspertiza nəticəsində “Daevoo Nexia” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ehtiyat hissələri üzrə 1110 manat, işçilik xidmətləri üzrə 890 manat olmaqla, cəmi 2000 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli № 9/2041 saylı ekspert rəyindən görünür ki, “Daevoo Nexia” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 1110 manat, işçilik xidmətləri üzrə 690 manat olmaqla, cəmi 1800 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi XXX Cavabdeh sürücülük hüququ olmadan özünə məxsus “Vaz 2102” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin qüvvədə olduğu müddətdə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı isə digər avtomobilə dəymiş maddi ziyanla bağlı sahibinə və zərərçəkmiş şəxslərə sığorta ödənişi ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır. Lakin iddiaçı “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2000 manat məbləğində pul tələb etsədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli № 9/2041 saylı ekspert rəyindən görünür ki, “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 1110 manat, işçilik xidmətləri üzrə 690 manat olmaqla, cəmi 1800 manat məbləğində maddi zərər dəymişdir. Buna görə də iddia qismən təmin edilməli XXX Cavabdeh “Daewoo Nexia” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə 1800 manat, sağlamlığına vurulmuş ziyana görə X21 750 manat, X5 1500 manat, X12 1500 manat olmaqla, cəmi 5550 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza xərcini təşkil edən 100 manat cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və ekspertiza xərcini təşkil edən 100 manat müvafiq olaraq cavabdehdən alınaraq iddiaçıya və ekspertiza mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh XXX Cavabdeh sığorta ödənişləri kimi verilmiş “Daevoo Nexia” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 1800 manat, sağlamlığına vurulmuş ziyana görə X21 ödənilmiş 750 manat, X5 ödənilmiş 1500 manat, X12 ödənilmiş 1500 manat, cəmi 5550 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh XXX Cavabdeh 100 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X6 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar