Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-168/2021 13.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi” üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 580 manat və mağaza sahibinə vurulmuş ziyana görə ödənilmiş 901,82 manat pulun və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Vaz 21-204” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də 23.12.2016-cı il tarixdən 23.12.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 05.06.2017-ci il tarixdə, Cavabdeh2 məxsus olan “Vaz 21-204” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Şamaxı şəhərində idarə edərək, yol-nəqliyyat hadisəsi törədərək X3 məxsus olan “Vaz- 212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yolun qırağında olan, X1 olan və mağaza kimi istifadə olunan tikiliyə və onun içində olmuş mala ziyan vurmuşdur. Hadisə Şamaxı ŞPİ tərəfindən qeydə alınmış, Cavabdeh1 barəsində İXM-nin 332.4-cü maddəsi ilə KYP 263545 nömrəli 05.06.2017-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, Cavabdeh1 barəsində inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli 12.06.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 60 manat məbləğində cərimələnmişdir. “xxxx” ASC-nin sığorta departamentinin əməkdaşları tərəfindən “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək vurulmuş ziyanın 580 manat olması barədə rəy verilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 03.08.2017-ci il tarixli rəyə əsasən mağazaya vurlumuş zərər 901,82 manat məbləğində müəyyən edilmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı “xxxx” ASC-də 23.12.2016-cı il tarixdən PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında 23.12.2016cı il tarixdən 23.12.2017-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. İş materiallarında olan 2508/FQ/CML-2349/2017 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh1 olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 23.12.2016-cı il tarixdən 23.12.2017-ci il tarixədək sığortalanmış “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.06.2017-ci il tarixdə Şamaxı şəhər Azərbaycan küçəsində X3 məxsus “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 580 manat maddi zərər dəymişdir. İş materiallarında olan 2508/FQ/CML-2349/2017-1 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh1 olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 23.12.2016-cı il tarixdən 23.12.2017-ci il tarixədək sığortalanmış “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.06.2017-ci il tarixdə Şamaxı şəhər Azərbaycan küçəsində X1 olan mağaza ilə toqquşmuş, nəticədə “xxxx” MMC-nin müəyyən etməsinə görə mağazaya 901,82 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 12.06.2017-ci il tarixli № 188-9109-1217 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 05.06.2017-ci il tarixdə Şamaxı şəhər Azərbaycan küçəsində baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin sahibi Cavabdeh2, hadisə baş verdiyi anda sürücü Cavabdeh1 kimi müəyyən edilmişdir. Hadisə zamanı X3 məxsus “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X7 məxsus Şamaxı şəhər Azərbaycan küçəsində yerləşən “patron” ərzaq mağazasına maddi ziyan dəymişdir. İş materiallarında olan “xxxx” ASC-nin sığorta hadisələri departamentinin 10.07.2017-ci il tarixli № 0468 saylı ekspert rəyindən görünür ki, “Vaz-212140” markalı **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 180 manat, işçilik xidmətləri üzrə 400 manat olmaqla, cəmi 580 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair № 904 saylı ekspert rəyindən görünür ki, “xxxx” ASC-nin sifarişi əsasında X7 məxsus Şamaxı şəhər Azərbaycan küçəsində yerləşən “patron” ərzaq mağazasında aparılmış tədqiqət nəticəsində mağazaya ümumilikfdə 901,82 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan AC № 885563 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh2dur. İş materiallarında olan AC № 352321 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan 25.07.2017-ci il tarixli № 5627 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 2508/FQ/CML-2349/2017 sığorta aktı əsasında X2 hesabına 580 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 28.07.2017-ci il tarixli № 5735 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 2508/FQ/CML-2349/2017-1 sığorta aktı əsasında X6 hesabına 901,82 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 05.06.2017-ci il tarixli KYP № 263545 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 05.06.2017-ci il tarixdə “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürücülük hüququ olmadan idarə edərək yolayrıcını keçmə qaydalarını pozaraq “Vaz-212140” markalı **-XD- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 25.09.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, “xxxx” ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Vaz 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Eyni zamanda həmin avtomobil digər Cavabdeh1 tərəfindən “xxxx” ASC-də 23.12.2016-cı il tarixdən 23.12.2017-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortaladılmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 05.06.2017-ci il tarixdə Cavabdeh1 nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 məxsus “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 580 manat məbləğində, X7 məxsus Şamaxı şəhər Azərbaycan küçəsində yerləşən “Patron” ərzaq mağazasına isə 901,82 manat məbləğində maddi zərər dəymişdir. Törətdiyi əmələ görə həm Cavabdeh1, həm də Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı “Vaz-212140” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X3 580 manat, Şamaxı şəhər Azərbaycan küçəsində yerləşən “Patron” ərzaq mağazasının sahibinə isə 901,82 manat məbləğində sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi Cavabdeh1 sürücülük hüququ olmadan Cavabdeh2 məxsus “VAZ 2104” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 razılığı ilə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1481,82 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-168/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-168/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver