Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-175/2023 23.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1754,13 manat, İşsizlikdən sığorta fonduna olan 93,44 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,64 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA4213059) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0,02 manat məbləğində (o cümlədən, faizlər üzrə 0,02 manat), Dövlət Sosial Müdafiə Fonduna, 01 manat, Şamaxı rayonu Qurdtəpə Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 93,44 manat, Dövlət Sosial Müdafiə Fonduna 1754,12 manat, İcbari Tibbi Sığorta Fonduna 234,64 manat olmaqla, ümumilikdə 2082,23 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixli **********332000, xx.xx.2019-cu il tarixli ******************.07.2022-ci il tarixli **********227000, xx.xx.2022-ci il tarixli **********750700, xx.xx.2022-ci il tarixli **********471700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, Şamaxı rayonu, Qurdtəpə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixə (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1754,13 manat, İşsizlikdən sığorta fonduna olan 93,44 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,64 manat məbləğində borcunun olduğu bildirilmiş, həmin borcu 10 gün müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqindən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1754,13 manat, İşsizlikdən sığorta fonduna olan 93,44 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,64 manat məbləğində borcu təşkil edir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1754,13 manat, İşsizlikdən sığorta fonduna olan 93,44 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,64 manat məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan, şəxsiyyət vəsiqəsindən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1972-ci ildə Azərbaycan, Şamaxı rayonu, Novodmitrovka kəndində doğulmuş, Şamaxı rayonu, Qurdtəpə kəndində qeydiyyatdadır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şamaxı rayonu, Qurdtəpə bələdiyyəsinin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır. Maraqlı şəxs 10 gün ərzində borcun ödənilməsi tələb edilsə də, o, tələbi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və vergi ödəyicisi olan fiziki şəxs xx xxxx 1972-ci il tarixdə Şamaxı rayonu, Novodmitrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Qurdtəpə kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305.1.12, 355-7.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx xxxx 1972-ci il tarixdə Şamaxı rayonu, Novodmitrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Qurdtəpə kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-175/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-175/2023
23.01.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver