Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-210/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X4, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, 3-cü şəxs "xxxx" ASC-yə qarşı “alqısatqı müqaviləsinin, hərracının yekun protokolunun və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında hərracların təşkili üzrə Auksion Mərkəzi və 3-cü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş pul hərracına dair 19 mart 2019-cu il tarixli 989/01 nömrəli yekun protokolunun, Səhmdar Cəmiyyətin Səhmlərinin alqı-satqısı barədə 29 mart 2019-cu il tarixli 989/01 nömrəli müqavilənin, alqı-satqı müqaviləsi əsasında «X26» ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2021ci il tarixli ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Şamaxı rayonda fəaliyyət göstərən kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi ilə əlaqədar aqrar islahat komissiyaları yaradılmışdır və sovxoz əmlakının özələşdirilməsi ilə bağlı qərarları həmin aqrar islahat komissiyaları vermişdir. Şamaxı rayonda Mədrəsə qəsəbəsini əhatə edən sovxozun Şamaxı təchizat ASC-yə yaranmış borcu ilə əlaqədar həmin sovxoza məxsus əhəng damı, tikinti idarəsi, taxta sexi borc əsasında 12 oktyabr 2000-ci il tarixdə Aqrar islahat komissiyasının qərarı ilə Şamaxı təchizat ASC-yə verilmişdir. Şamaxı təchizat ASC həmin tikintini 16 noyabr 2000-ci il tarixdə qiymətləndirirərək həyat yoldaşı X1. Həmin alqı-satqı əsasında tikinti qiymətləndirilmiş və dəyəri Şamaxı təchizat ASC-yə tam məbləğdə köçürülmüşdür. Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 3 saylı qərarı ilə həmin ərazidə olan 0.06 ha tikinti altında, 0.65 ha isə bələdiyyə ərazisi olmaqla cəmi 0.71 ha torpaq sahəsi ona satılmışdır. Həmin torpağın dəyərini bələdiyyəyə tam şəkildə ödəmiş, bələdiyyənin ona verdiyi sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək dövlət aktı almışdır. Həmin torpağı öz mülkiyyətinə keçirməyindən 12 il vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi ona və Şamaxı rayonu, Mədrəsə Bələdiyyəsinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə dair Şamaxı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 86/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi apelyasiya şikayəti versədə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-86/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 22 iyun 2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-86/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alandan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 3 saylı qərarı ilə ona satılmış və Dövlət aktı verilmiş Şamaxı rayonun Mədrəsə qəsəbəsi ərazisində yerləşən JN-637, kod 40601004 nömrəli 0.71 ha torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarışın verilməsini xahiş etmişdir. Müraciətinə verilən cavabda qeyd edilib ki, ona məxsus JN-637, kod 40601004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və "xxxx" ASC-nin adına qeydiyyata alınmış əmlak kompleksi kimi müəssisənin texniki pasportuna daxil edilmişdir. Həmin əmlak kompleksi **********80- 12301 reyestr nömrəsi ilə, 29 iyul 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli ərizə əsasında "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 3 saylı qərarı ilə ona verilmiş 0.71 ha torpaq sahəsi üçün cavabdeh-Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə məxsus əmlak kompleksinin adına verilmiş 29 iyul 2019cu il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestri barədə qeydiyyatın etibarsız hesab edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi ilə bağlı cavabdeh- Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X8 Satışı Üzrə keçirilmiş Pul Hərracının 19 mart 2019-cu il tarixli 989/01 nömrəli Yekun Protokoluna əsasən alıcı-X3 rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının 30,00 (otuz) faizini təşkil edən 3048 (üç min qırx səkkiz) ədəd adi səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 3048 (üç min qırx səkkiz) manata almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı E.Beydullayev arasında səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqısı barədə 20 mart 2019-cu il tarixli 989/01 nömrəli müqavilə bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında «X26» ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən 29 iyul 2021-ci il tarixli ********** nömrəli mülkiyyət dair Dövlət Reyestrindən Çıxarış verilmişdir. Çıxarış 0,0396 ha torpaq sahəsində ümumi sahəsi 282 kvadrat metr olan daşınmaz əmlakı verilmişdir. Cavabdeh-indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş pul hərracına dair 19 mart 2019-cu il tarixli 989/01 nömrəli Yekun Protokolu, Səhmdar Cəmiyyətin səhmlərinin alqı-satqısı barədə 29 mart 2019-cu il tarixli 989/01 nömrəli müqavilə, habelə həmin alqı-satqı müqaviləsi əsasında «X26» ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli ********** nömrəli mülkiyyət dair Dövlət Reyestrindən Çıxarış etibarsız hesab edilərək ləğv edilməlidir. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşdirmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş pul hərracına dair 19 mart 2019-cu il tarixli 989/01 nömrəli yekun protokolunun, Səhmdar Cəmiyyətin Səhmlərinin alqı-satqısı barədə 29 mart 2019-cu il tarixli 989/01 nömrəli müqavilənin, alqı-satqı müqaviləsi əsasında «X26» ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirlən «X26» ASC-nin mülkiyyətində Şamaxı rayonu Mədrəsə qəsəbəsində torpaq sahəsinin olmasına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 29 iyul 2019-cu il tarixdə aparılmış qeydiyyat alqı-satqı müqaviləsi əsasında aparıldığından hazırki iddia tələbinə mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X7 izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X13 izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X9 izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı məxsus torpağa mülkiyyət hüququna dair Dövlət aktı bazaya işlənmədyindən "xxxx" ASC-nin adına həmin torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2000-ci il tarixli aktın surətindən görünür ki, Mədrəsə qəsəbəsini əhatə edən sovxozun Şamaxı təchizat ASC-yə yaranmış borcu ilə əlaqədar həmin sovxoza məxsus əhəng damı, tikinti idarəsi, taxta sexi borc əsasında 12 oktyabr 2000-ci il tarixdə Aqrar islahat komissiyasının qərarı ilə Şamaxı təchizat ASC-yə verilmişdir. İş materiallarında olan 16 noyabr 2000-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı təchizat ASC həmin tikintiləri 16 noyabr 2000-ci il tarixdə qiymətləndirirərək X1. İş materiallarında olan Şamaxı Təchizat ASC-nin 27 saylı kassa mədaxil qəbzinin surətindən görünür ki, həmin alqı-satqı əsasında tikinti qiymətləndirilmiş və dəyəri ******* manat Şamaxı təchizat ASC-yə tam məbləğdə köçürülmüşdür. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0637 kod 40601004 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 03 saylı qərarı ilə satılmış 0,71 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(074)- 86/2019 saylı qətnaməsinin surətindən görünür ki, ƏMDK yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh İddiaçı və 3-cü şəxs Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 04.11.2019-cu il tarixli 2(105)-3503/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(074)-86/2019 saylı qətnaməsindən ƏMDK yanında X5 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının 22.06.2020-ci il tarixli, 2(102)-2772/2020 saylı qərarından görünür ki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.11.2019-cu il tarixli 2(105)-3503/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2019-cu il tarixli 2-1(085)-1552/2019 saylı qərardadının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Şamaxı rayon Mədrəsə Bələdiyyəsinə qarşı İddiaçı 0,71 hektar torpaq sahəsinin satılması barədə verilmiş 26 aprel 2006-cı il tarixli 03 saylı qərarın etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddiası mümkün hesab edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 20.10.2021-ci il tarixli 2- 1(118)-1530/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" ASC-yə məxsus əmlak kompleksinin adına verilmiş 29.07.2019-cu il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi və Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 03 saylı qərarı ilə ona verilmiş 0,71 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səhmlərin satışı üzrə pul hərracının 19.03.2019-cu il tarixli 989/01 nömrəli yekun protokolunun surətindən görünür ki, X3 rayonu Şəhriyar qəsəbəsində yerləşən "xxxx" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 3048 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Səhmdar Cəmiyyətinin Səhmlərinin 29.03.2019-cu il tarixli № 989/01-2019/PA saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, X13 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X14 Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 3048 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən 0,0396 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********80-12301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən 0,0396 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(074)- 86/2019 saylı qətnaməsinin surətindən görünür ki, 10 oktyabr 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsinin müdiri X20, məsləhətçilər X10 və X2 rayonu Mədrəsə qəsəbəsində yerləşən səhmlərinin 30%-i dövlətə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ərazidə olan gözətçi otağı və anbar binasında Şamaxı şəhər sakini İddiaçı tərəfindən yerli sakinlərdən ibarət bir ailə yerləşdirilmişdir. Aparılan araşdırma və təqdim olunan sənədlər müayinə olunarkən müəyyən olunmuşdur ki, 2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına 0.06 ha tikinti, 0.65 ha kənd təsərrüfatı məqsədli ümumilikdə 0.71 ha torpaq sahəsinə Dövlət Aktı verilmişdir. Ərazidə heç bir yeni tikinti aşkarlanmamışdır. İş materiallarında olan Şamaxı rayonu, Mədrəsə bələdiyyəsinin 11 aprel 2022-ci il tarixli 07 nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 03 saylı qərarı ilə 0,06 ha tikinti və 0,65 ha kənd təsərrüfatı məqsədi üçün, ümumilikdə 0,71 ha torpaq sahəsi satılmışdır və hal-hazırda həmin torpaq sahəsindən istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən 0,71 hektar sahəsinin səhmlərinin 30 % hissəsinin dövlətə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olması halı təsdiq edilmədiyindən, eləcə də 0,71 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə qeydə alınmasına əsas olmuş Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 03 saylı qərarı və bağlanmış əqd qüvvədə olduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına reyestrdə qeydiyyata alına bilməzdi. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi Şamaxı rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmasına baxmayaraq həmin torpaq sahəsi 29.07.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Bundan başqa iş materiallarında olan Səhmdar Cəmiyyətinin Səhmlərinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda almışdır. Həmin alqı-satqı müqaviləsində "xxxx" ASC-nin əmlakının da satılması göstərilməmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" ASC-nin adına verilmiş texniki pasportda ASC-nin faktiki istifadə etdiyi sahə 6379.1 kvadratmetr, əsas tikili altı isə 395.8 kvadratmetr göstərilmişdir. Lakin həmin texniki pasportda "xxxx" ASC-yə torpaq ayırma sənədləri üzrə məlumat öz əksini tapmamışdır. "xxxx" ASC-yə ilkin torpaq ayırma sənədlərinin təqdim edilməsi barədə məhkəməninin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanlanan 04.04.2022-ci il tarixli sorğusuna cavab olaraq isə həmin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən «X26» ASC-nin adına verilmiş 29 iyul 2019-cu il tarixli ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən çıxarış etibarsız hesab olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən «X26» ASC-nin adına verilmiş 29 iyul 2019-cu il tarixli ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən çıxarış etibarsız hesab olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-210/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-210/2022
21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver