Məhkəmə qərarları › İş №2(074)-251/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-251/2022

10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-251/2022 10.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əşyaların Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X2 Cavabdeh ilə 04.11.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan doğulmuş 4 uşaqları var. Aralarında yaranmış narazılıqlara görə Narıngül uşaqlarını da götürüb valideynlərinin yanına getmiş, bir qədər sonra isə boşanma üçün ərizə vermişdir. Şamaxı rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnməsilə nikahları pozulmuşdur. Hazırda cavabdehin cehiz əşyaları ona məxsus evdədir. Dəfələrlə gəlib əşyalarını aparsın deyə xəbər göndərmiş, lakin bir nəticəsi yoxdur. Həmin əşyalar isə onun evində qalmaqla onun öz mülkiyyətində olan evdən sərbəst istifadə hüquqlarına maneçilik yaradır. Mediyasiyaya da müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Cavabdehin mebel dəsti, termo, divan, kreslo-2 ədəd, stol, stul-6 ədəd, yazı stolu, televizor, televizor altlığı, soyuducu, taxt, uşaq çarpayısı, tumboçka-2 ədəd, toz soran, ütü stolu, nahar serviz-34 predmet, çay servizi-13 predmet, böyük rumka-6 ədəd, balaca rumka 6 ədəd, qrafın-1 ədəd, rumkası 6 ədəd, 3 qat şirniyyat qabı, kül qabı-2 ədəd, mürəbbə qabı-4 ədəd, düz boşqab-12 ədəd, düz boşqab-16 ədəd, nəlbəki-11 ədəd, şüşə düz boşqab-6 ədəd, şirniyyat qabı abıqələm-12 ədəd, maskura kasa-10 ədəd, dəmir çaynik-1 ədəd, qəfədan-1 ədəd, şüşə çaynik-1 ədəd, dəm çayniki-1 ədəd, vaz və güldan eyni rəngdə-1 ədəd, şüşə vaz-1 ədəd, böyük düz boşqab-4 ədəd, iri tülpan güllü şüşə qab- 1 ədəd, balaca nəlbəki-10 ədəd, mürəbbə qabı-2 ədəd, qaşığı-8 ədəd, samovar, çamadan qaşıq dəsti, palaz-3 ədəd, avadanlıq, lüstr-3 ədəd, çilçıraq-1 ədəd, podnos-2 ədəd, qəfədan-1 ədəd, aş qazanı-1 ədəd, böyük çuğun qazan-1 ədəd, 2 dənəli qazan dəsti-1 ədəd, 5 dənəli qazan dəsti-1 ədəd, 4 dənəli qazan dəsti-1 ədəd, qulplu yemək bişirən-1 ədəd, tava-3 ədəd, çuğun-2 ədəd, aliminium-1 ədəd, paltaryuyan maşın-1 ədəd, ət maşını- 1 ədəd əşyaları onun evində qalmışdır. Bu əşyalar onun evindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun 50 manatınını və mediasiyaya ödədiyi 50 manat pulun 25 manatını cavabdehdən alınaraq ona qaytarılmasını və iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialında olan Şamaxı rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(074)-291/2021 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 04.11.2011-ci ildə Şamaxı rayon İHB-nin Məlikçobanı kənd nümayəndəliyində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 04.11.2011-ci il tarixdə 27 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 15.03.2012-ci il təvəllüdlü X3, 11.05.2016-cı il təvəllüdlü X4, 11.05.2016-cı il təvəllüdlü İddiaçı Dəyanət oğlu və 09.06.2019-cu il təvəllüdlü X6 iddiaçının (anasının)-Cavabdeh yanında qalması, cavabdeh X1 27 yanvar 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 15.03.2012-ci il təvəllüdlü X3, 11.05.2016-cı il təvəllüdlü X4, 11.05.2016-cı il təvəllüdlü İddiaçı Dəyanət oğlu və 09.06.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Məlikçobanlı kəndində 0,17 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 121.70 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu, Məlikçobanı kəndində yerləşən fərdi yaşayış evi 14.10.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlu ilə 04.11.2011-ci il tarixdə nikaha daxil olmuş və gəlin kimi iddiaçıya məxsus evə köçərək birlikdə yaşamışlar. Bundan sonra, cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçıya məxsus evi tərk edərək valideynlərinin yanında yaşamağa başlamış, daha sonra məhkəmənin 04.03.2021-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus evi tərk etsə də, ona məxsus olan cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə aid əşyaların iddiaçıya məxsus evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin evdən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 04.11.2011-ci il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Şamaxı rayonu, Məlikçobanı kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı Şamaxı rayonu, Məlikçobanı kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların iddiaçıya məxsus yaşayış sahəsində olması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Şamaxı rayonu, Məlikçobanı kəndində yerləşən iddiaçıya məxsus yaşayış sahəsində hər hansı bir hüququ mövcud olmayan cavabdehə məxsus əşyaların həmin yaşayış sahəsində qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə məxsus iddia ərizəsinə əlavədə göstərilən əşyalar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya xərcinin 25 manatı və iddaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı kimi cavabdehdən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus mebel dəsti, termo, divan, kreslo-2 ədəd, stol, stul-6 ədəd, yazı stolu, televizor, televizor altlığı, soyuducu, taxt, uşaq çarpayısı, tumboçka2 ədəd, toz soran, ütü stolu, nahar serviz-34 predmet, çay servizi-13 predmet, böyük rumka-6 ədəd, balaca rumka 6 ədəd, qrafın-1 ədəd, rumkası 6 ədəd, 3 qat şirniyyat qabı, kül qabı-2 ədəd, mürəbbə qabı-4 ədəd, düz boşqab-12 ədəd, düz boşqab-16 ədəd, nəlbəki-11 ədəd, şüşə düz boşqab-6 ədəd, şirniyyat qabı abıqələm-12 ədəd, maskura kasa-10 ədəd, dəmir çaynik-1 ədəd, qəfədan-1 ədəd, şüşə çaynik-1 ədəd, dəm çayniki-1 ədəd, vaz və güldan eyni rəngdə-1 ədəd, şüşə vaz-1 ədəd, böyük düz boşqab-4 ədəd, iri tülpan güllü şüşə qab- 1 ədəd, balaca nəlbəki-10 ədəd, mürəbbə qabı-2 ədəd, qaşığı-8 ədəd, samovar, çamadan qaşıq dəsti, palaz-3 ədəd, avadanlıq, lüstr-3 ədəd, çilçıraq-1 ədəd, podnos-2 ədəd, qəfədan-1 ədəd, aş qazanı-1 ədəd, böyük çuğun qazan-1 ədəd, 2 dənəli qazan dəsti-1 ədəd, 5 dənəli qazan dəsti-1 ədəd, 4 dənəli qazan dəsti-1 ədəd, qulplu yemək bişirən-1 ədəd, tava-3 ədəd, çuğun-2 ədəd, aliminium-1 ədəd, paltaryuyan maşın-1 ədəd, 1 ədəd-ət maşını-İddiaçı məxsus Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat və dövlət rüsumunun əvəzi 50 manat (əlli) manat, cəmi 75 (yetmiş beş) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar