Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-261/2024 13.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı payın naturada ayrılmasına dair mülki iş üzrə iddia ərizəsinin qaytarılması haqqında iddiaçı tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı payın naturada ayrılmasına dair iddia qaldıraraq, Şamaxı rayonu Məlhəm kəndində yerləşən şərikli mülkiyyətdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr ömrəsi **********4110301 olan Çıxarışa əsasən, ona aid olan hissə 1/8 hissə fərdi yaşayış evindən və 0,0281665 ha torpaq sahəsinin naturada ayrılması və ya mümkün olmadıqda evin və həyətyanı torpaq sahəsinin hərracdan satılaraq paylara münasib bölüşdürülməsi və ev satıldıqdan sonra bir ay müddətində cavabdehlərin evdən və evin qeydiyyatdından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı vəsatətlə müraciət edərək, işə mahiyyəti üzrə baxılmadan, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair vəsatətlə müraciət etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh X1 qarşı payın naturada ayrılmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait (qəbz nömrə 31208) İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-261/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-261/2024
13.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver