Məhkəmə qərarları › İş №2(074)-35/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-35/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-35/2023 01.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəsdən törədilmiş avtoqəza hərəkətinə görə maddi ziyanın əvəzi kimi cavabdehdən 1820 manat pul, habelə cavabdehin İddiaçı2 söydüyü söyüştəhqirlərə görə iddiaçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində iddiaçının keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə dəymiş əlavə maddi və mənəvi zərər nəzərə alınmaqla, o cümlədən dörd aya 1200 manat pul, ümumilikdə cəmi 3020 manat pulun alınaraq onlara ödənilməsi, habelə ödənilmiş 50 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 aprel 2022-ci il tarixdə saat 15:10 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində idarəetdiyi avtomobili Sakit Abbasovun “Vaz 21703” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə iki dəfə vurmaqla onlara məxsus əmlaka qəsdən ziyan vurmuşdur. Bununla yanaşı o, iddiaçıya qarşı nalayiq ifadələr işlətmişdir. Cavabehin onlara məxsus avtomobili qəsdən ziyan vurması nəticəsində 820 manat avtomobilə, maşında olan 1000 manat dəyərində olan televizor isə tamamilə yararsız vəziyyətə düşmüşdür. Şamaxı rayon polis şöbəsinə müraciət etmiş, Şamaxı rayon Polis şöbəsinin 31 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və baş vermiş hadisə zamanı X5 əsas götürməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri qeyd olunmaqla iş materialları məhkəməyə göndərilmişdir. İş materialları X4rkən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə mütəxəssis təyin edilmiş və Şamaxı rayon avtomotoservis və ticarət müəssisəsinin sex rəisi tərəfindən verilmiş rəydə ümumilikdə avtomobilə 820 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. İş üzrə Şamaxı rayon məhkəməsinin 3(074)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında yazılanlardan aşkar görünür ki, Cavabdeh günahkar olduğnu etiraf edərək qəsdən onun avtomobilinə ziyan vurduğnu bildirmiş, əməlindən peşman olmasını və birdə belə hadisə törətməyəcəyinə söz vermişdir. Bununla belə cavabdehin təqsiri nəticəsində baş vermiş hadisə zamanı onlara məxsus “Vaz 21703” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə olan 1000 manat dəyərində olan televizor isə avtoqəza nəticəsində tam yarasız hala düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, qəza baş verən zaman həqiqətən də avtomobildə 1000 manat dəyərində televizor olmuş, lakin həmin televizorun sənələrini özlərində saxlamamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, qəza baş verən zaman həqiqətən də avtomobildə 1000 manat dəyərində televizor olmuş və qəza nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Lakin həmin televizorun sənələrini özlərində saxlamamışlar. Bu barədə polisdə izahat verərkən də bildirmiş, lakin bunun onun izahatında qeyd edilməməsinin səbəbini bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib iddia tələbinin əsassızdır olduğunu və rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobilə dəymiş zərər 820 manat çox hesablanıb. Çünki avtomobilin az detalı zədələnmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı2 ərizəsinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(074)- 185/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21703” minik markalı, 99DT170dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/58 nömrəli ekspert rəyindən görünür ki, “Şamaxı Avtomotoservis və Ticarət müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Vaz 21703” markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 820 manat müəyyən edilir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh X3 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziayana görə 820 manat məbləğində pul cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin avtomobildə olan televizorun zədələnməsinə görə 1000 manat pulun və iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində iddiaçının keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə dəymiş əlavə maddi və mənəvi zərərə görə 1200 manat pulun tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməmlidir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən heç bir sübut iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə iclasında təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh X2 alınaraq iddiaçıya ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul da cavabdeh X2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 vurulmuş maddi ziyana görə 820 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************4, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar