Məhkəmə qərarları › İş №2(074)-382/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-382/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-382/2020 05.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı X10 ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2950 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2980,40 manat vəsaitin Cavabdeh tutularaq X7 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 220 markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ə.Rəcəbli küçəsində hərəkətdə olarkən Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin MYP nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3050 manat ziyan dəymişdir. Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Alfa Sığorta ASC-də tam sığortalandığından Alfa Sığorta ASC 100 manat azadlolma məbləği çıxılmaqla, 2950 manat sığorta ödənişi həyata keçirmişdir. PAT ********** saylı sığorta müqaviləsinin 024945 saylı sığorta aktına əsasən X10 Alfa Sığorta ASC-yə 100 manat azadlolma məbləği çıxılmaqla 2950 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində X7 dəymiş 2950 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2950 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2980,40 manat vəsaitin Cavabdeh tutularaq X7 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, xx.xx.2015-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobili ilə toqquşmuş Lexus markalı avtomobilə təxminən 2850 manat məbləğində maddi zərər dəymişdir. O, hadisə yerindən qaçmamışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAT ********** saylı sığorta müqaviləsinin surətindən görünür ki, Mercedes Benz 220 markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 ASC tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək sığorta olunmuşdur. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair portaldan çıxarışdan görünür ki, Mercedes Benz 220 markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT ********** saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2015-ci il tarixdə X10 ASC-də sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli № 024945 saylı sığorta aktından görünür ki, xx.xx.2015-ci il tarixdə Elit ticarət mərkəzinin yanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış Mercedes Benz 220 markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3050 manat məbləğində maddi ziyan dəymişdir. Zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat azadolma çıxılmaqla, sığorta ödənişinin məbləği 2950 manat müəyyən edilməklə Alfa Sığorta ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli № 995 saylı ödəniş tapşırığından görünür ki, X10 ASC tərəfindən xx.xx.2016-cı il tarixli № 024945 saylı sığorta aktına əsasən Alfa Sığorta ASC-nin hesabına 2950 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3050 manat maddi ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2015-ci il tarixli № 4083 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2015-ci il tarixdə saat 22:00 radələrində Əhməd Rəcəbli küçəsində baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi Mercedes Benz 220 markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Hadisə zamanı Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, hadisə zamanı Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 olmuşdur. İş materiallarında olan MYP saylı inzibati xəta haqqında potokolun surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Yol hərəkəti Haqqında qanunun tələblərini pozduğu üçün Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Protokolda Cavabdeh yol nəqliyyat hadisəsi törədərək Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu və hadisə yerindən yayındığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № P3877/19 saylı pretenziya məktubundan görünür ki, X10 ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində X10 ASC tərəfindən ödənilmiş sığorta ödənişini X10 ASC-yə ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Nəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı Azərbaycan Lizinq Şirkəti MMC-yə məxsus Lexus LX460 markalı **-AB-***dövlət qeydiyyat nişanlı avtomobil Alfa Sığorta ASC tərəfindən kasko sığorta ilə sığortalanmışdır. İş materiallarında olan AC № 240952 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərbaycan Lizinq Şirkəti MMC-dir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli yol vərəqəsinin surətindən görünür ki, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Lizinq Şirkəti MMC tərəfindən X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək idarə edilmək üçün etibar edilmişdir. İş materiallarında olan AA № 818302 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz 220 markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan ƏN-İİİ № 349161 saylı etibarnamənin surətindən görünür ki, X4 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən X1 Benz 220 markalı **-TN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2015-ci il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/2167 saylı ekspert rəyindən görünür ki, Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 3050 manat maddi ziyan dəymişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, X10 ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olunur ki, Mercedes Benz 220 markalı **-TN-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2015-ci il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi Mercedes Benz 220 markalı **-TN-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və Azərbaycan Lizinq Şirkəti MMC-yə məxsus, Alfa Sığorta ASC tərəfindən kompleks sığorta olunmuş X2 etibarnamə ilə idarə etdiyi Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı sahibinə 3050 manat maddi ziyan dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 manat azadolmaq çıxılmaqla, 2950 manat sığorta ödənişi məbləği Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı Alfa Sığorta ASC-yə vermiş, hazırkı iddia üzrə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçı Sığorta şirkətinin məhkəməyə təqdim etdiyi qiymətləndirmə barədə hesabatdan əlavə, iş üzrə keçirilmiş ekspertiza nəticəsində Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin 3050 manat olduğu bir daha sübut olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, sığorta ödənişi vermiş iddiaçının, yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınanCavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, Cavabdeh qaydada Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2950 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı X10 ASC-nin hesabına ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qaydada Lexus LX460 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2950 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı X10 ASC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar