Məhkəmə qərarları › İş №2(074)-429/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-429/2024

16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-429/2024 16.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X30 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigaqr oğlunun katibliyi, İddiaçı nümayəndəsi - vəkil X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına qeydə alınaraq, verilmiş ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın, reyestrdə 2V-287 nömrə ilə qeyd edilərək, Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi **********89 olan xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-1137 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi **********89 olan, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli 13 saylı qərarı ilə anası X9 Şəhriyar qəsəbəsi ərazisindən 0.67 ha torpaq sahəsi verilmişdir. Anası 01 yanvar 2003-cü il tarixdə vəfat etmişdir. 2013-cü idə həmin torpaq sahəsi Qobustan rayon DNK-da reyestrdə 7E-3725 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli saxta etibarnamə əsasında, Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 nömrə ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə, eləcə də, AN-0372994 saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəhriyar qəsəbə sakini X2. Bundan sonra, xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsi **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, X4 mülkiyyətinə keçmişdir. xx.xx.2015-ci il tarxdə X11 ölmüş, bundan sonra həmin torpaq sahəsinə xx.xx.2018-ci il tarixli 2V-287 reyestr nömrəli arvadı Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi verilmişdir. O da, öz növbəsində xx.xx.2020-ci il tarixdə **********88 reyestr nömrəli, ********** qeyiyyat nömrəli dövlət reyestrindən çıxarış alaraq, həmin çıxarışa əsasən, torpağı xx.xx.2020-ci il tarixdə, 4Ə- 1137 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 satmışdır. X28 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə **********989 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, öz adına dövlət qeydiyyatına aldırmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-2743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qobustan rayon DNK-da 7E-3725 sayla qeyd edilmiş xx.xx.2018-ci il tarixli saxta etibarnamə əsasında Şamaxı rayon DNK-da 7E-07/4901 sayla qeyd edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə, eləcə də, AN-0372994 saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bundan sonra, o, həmin torpaq sahəsi üzərində öz hüquqlarınıı bərpa etmək istəyəndə məlum olmuşdur ki, torpaq vərəsəlik qaydasında Cavabdeh1 adına qeydə alınmış, o da, yuxarıda qeyd etdiyi kimi, həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Göründüyü kimi, sonrakı əməliyyatların aparılmasına əsas olmuş etibarnamələr və daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Ona görə də, etibarsız əqdlərin əsasında bağlanmış digər əqdlər də, etibarsız hesab olunmalıdır. DƏDRX tərəfindən X4 adına verilmiş ******* saylı çıxarış, xx.xx.2018-ci il tarixli 2V-287 nömrəli reyestrlə Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsi xx.xx.2020-ci il tarixdə **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışa əsasən, xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-1137 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bunun əsasında xx.xx.2020-ci il tarixdə verilmiş **********989 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin, 3-cü şəxs Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin notariusu Yaşar Eyyubov məhkəməyə ünvanladığı müraciətində, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Digər 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X16 məhkəməyə göndərdiyi iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, Xanatov X22 ərizə ilə müraciət edərək, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən mərhum anası X10 məxsus olmuş 0,67 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizənin icrasını təmin etmək məqsədilə, idarənin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı, məlum olmuşdur ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən mərhum X10 məxsus olmuş torpaq sahəsi başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin üzərində müvafiq qeydiyyat notarial qaydada təsdiq olunmuş sənədlər əsasında aparılmışdır. Ona görə də, İddiaçı iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı hissəsini əsassız hesab edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən, işə cavabdehlərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-421 saylı, 41001004 kodlu Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 11 oktyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə 0,67 ha ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi Şamaxı rayonu, Şəhriyar qəsəbəsi sakini X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan reyestrdə 4Ə-569 nömrə ilə qeyd edilmiş, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 nümayəndəsi X18 tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən X12 mülkiyyətində olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsini alıcı X4 mülkiyyətinə vermişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi X4 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan reyestrdə 2V-287 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh1 miras əmlak olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan reyestrdə 4Ə-1137 nömrə ilə qeyd edilmiş, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 124/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X21 və X15 qarşı alqı-satqı müqaviləsinin, etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair iddiası təmin edilərək, Qobustan rayon DNK-da reyestrdə 7E-3725 sayla qeyd edilmiş xx.xx.2008-ci il tarixli etibarnamə, Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş xx.xx.2013cü il tarixli etibarnamə və AN-İ ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mərhum X7 öldüyü xx.xx.2003-cü il tarixdən hüquq qabiliyyətinə xitam verildiyindən, mülkiyyətində olan əmlakını X14 etibarnaməli idarəçiliyə verilməsinə dair onun adından xx.xx.2008-ci il tarixdə Qobustan rayon DNK-da 7E-3725 nömrəli reyestrlə qeyd edilmiş etibarnamə, onun əsasında verilmiş X14 etibar edilmişi etibaretmə qaydasında hərəkətlərin icrasını X8 etibar etməsi barədə Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə, eləcə də, sonuncunun həmin etibarnamə əsasında hərəkət edərək, 10 il əvvəl ölmüş, bununla da, hüquq qabiliyyətinə xitam verilmiş şəxsin adından bağladığı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla, tərtib olunmuş əqdlər olaraq etibarsız olmuş və hüquqi nəticələrə səbəb olmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-ci maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamə ilə X10 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsinin X3 dair xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamə ilə xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin alqı-satqı müqaviləsi əsasında qeydə alınan hüquqi nəticələr də aradan qaldırılmalıdır. Odur ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edisin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına qeydə alınaraq, verilmiş ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarış, reyestrdə 2V-287 nömrə ilə qeyd edilərək, Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi **********89 olan, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-1137 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi **********89 olan, xx.xx.2020-ci il tarixli çıxarış etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar