Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-450/2021 08.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı X1rşı “maddi və mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 5113 manat, mənəvi zərərə görə 10000 manat, əldən çıxmış faydaya görə 7200 manat və iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 22343 manatın cavabdehdən tutularaq onun xeyrimə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün düşməklə Bakı şəhərində məskunlaşmış, ali təhsillidir, lakin ixtisasına uyğun iş tapmadığı üçün fərdi əməklə məşğul olaraq ailəsinin maddi təlabatlarını qarşılayır. Daha doğrusu qarşılayırdı. Belə ki, o, 2009-cu ildən "Kömür" alqı-satqısıyla məşğul olur. İlk vaxtlarda İsmayıllı rayonu, Topçu, Qurbanəfəndi, Oğuz rayonunun, Xaçmaz kəndlərindən kisələrlə kömür alaraq Bakı şəhərinə gətirib satırmış, satdığım hər kisədən 0,30, 0,40 qəpik xeyir qalmışdır ki, bununla da ailəsini dolandırır. 2018-ci ilin oktyabr ayında meşə idarəsinin işçiləri onun atası ilə birlikdə içərisində 463 kisə kömür olan atasının mülkiyyətində olan “Kia Pregio” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəyə aparmışlar. Oradan ona avtomobilin bir neçə gün ərzində buraxılacağına dair vəd verilsə də, həmin avtomobil buraxılmamış, o, dörd gün ərzində mehmanxanada qalaraq gözləmiş, lakin sonra Bakı şəhərinə qayıtmağa məcbur olmuşdur. 2018-ci ilin dekabr ayının 13-də o, yenidən İsmayıllı rayonuna gəlmiş, meşə idarəsinə getdikdə ona xəbər vermədən avtomobilinin qarajdan çıxardılaraq çöldə saxlanıldığını, avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu və yük yerində olan kömür kisələrinin olmadığını görmüşdür. Bundan başqa atasının mülkiyyətində olan “Kia Pregio” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyri qanuni olaraq, hər hansı bir hüquqi sənəd tərtib etmədən öz istəklərinə uyğun olaraq idarənin qarşısında bir ilə yaxın girov kimi saxlamışlar. Bu isə bir başa özbaşınalıq, vəzifə səlahiyyətlərini aşmaqla digər şəxslərin mülkiyyət hüquqlarının özbaşına məhdudlaşdırılmasıdır. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən, fərdi sahibkar X4 məxsus avtomobil servisində “Kia Pregio” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı avtomobilin təmiri üçün tələb olunan ehtiyyat hissələri və işlərin həcmi dəyəri ümumilikdə 5113 manat müəyyən edilmişdir. O cünlədən dəyişməli hissələrin dəyəri 4263 manat, təmir işlərinin dəyəri 850 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli 9/3615 nömrəli ekspert rəyinə əsasən “Kia Pregio” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 4333,0 manat müəyyən edilmiş. Bundan dəyişməli hissələrin qiyməti-3683,0 manat, təmir-bərpa işlərinin qiyməti- 650,0 manat müəyyən edilmişdir. Bundan başqa onun dəfələrlə İsmayıllı rayonuna gedib gəlməyi, orada oteldə qalmağı və sair xərclər üçün təqribən 2000 manat məbləğində şəxsi vəsaiti hesabına pul xərclənmişdir. Eyni zamanda bir ilə yaxındır ki işləyə bilmədiyindən pul qazana bilməmiş, halbuki cavabdehlər ona qarşı bu qanunsuz hərəkətləri etməsəydilər o, təxminən bu günə qədər 7200 manata civarında pul vəsaiti qazana bilərdi. Bundan başqa, ona mənəvi zərər də dəymişdir. Belə ki, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablar çəkmiş, eyni zamanda bir ilə yaxındır ki, işsiz qalmış, cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində o, işləyib qazanc (fayda) əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, bu fakt barədə İsmayıllı rayon prokurorluğuna da müraciət etmiş, ona müraciətini iki orqana etdiyi üçün müraciətinin ekologiyada baxılacağı bildirilmişdir. İdarənin ona 93 kisə kömür borcu qalmışdır. Həmçinin onun iştirakı olmadan avtomobili qaraja salınmış və 7 ay sonra malları boşaldılmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(004)-4173/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “etibarnamə əsasında ona məxsus olan “KİA PREGİO” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5113 manat, mənəvi zərərə görə 10000 manat, əldən çıxmış faydaya görə 7200 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 22343 manat pulun cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli 2(103)-6231/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 18.05.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Pregio” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 4263 manat, görüləsi işlər üzrə isə 850 manat, ümumilikdə isə 5113 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli № 9/3615 saylı ekspert rəyinin surətindən görünür ki, “Kia Pregio” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4333 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı atası X2 məxsus olan və etibarnamə əsasında idarə etdiyi “KİA PREGİO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonundan meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı ilə məşğul olmuşdur. Meşə məhsulu olan kömürün kütləvi alqı-satqısı ilə məşğul olmaq üçün müvafiq qaydada rəsmi icazə və ya məhsulların qanuni yolla kəsilmiş ağaclardan istehsal edilməsi təsdiq edən sənədləri olmamışdır. O, meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə edilmiş, İddiaçı 08.05.2019-cu il tarixdə 1443,88 manat meşə cəriməsini və 10 kubmetr kömür üçün 51,80 manat meşə cəriməsini Şamaxı rayonu Meşə Təsərrüfatı İdarəsinin hesabına ödədikdən sonra həmin tarixdə meşə məhsullarının buraxılış ordeni əldə etmişdir. Bundan sonra 08.05.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən “KİA PREGİO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini və 10 kubmetr kömürü təhvil almışdır. Avtomobil uzun müddət işlənməmiş qaldığı üçün akkumlyatoru sıradan çıxmış və avtomobili işə salmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün müəyyən şərtlər daxilində mümükündür. Bunlara zərərin mövcud olması, həmin zərərin qanunsuz hərəkət və ya hərəktisizlik nəticəsində vurulması və zərərlə qanunsuz hərəkət və hərəkətsizlik arasında səsəbli əlaqənin olması aiddir. Hazırki halda isə iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Şamaxı X1rşı “maddi və mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-450/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-450/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver