Məhkəmə qərarları › İş №2(074)-457/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-457/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-457/2021 16.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdeh X2 qarşı “icra sənədinin ləv edilməsinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-163/2019 saylı, 16.12.2019-cu il tarixli icra vərəqəsinin ləvğ olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasında imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı torpaq sahəsinə keçmək üçün yol verilməsi tələbinə dair mülki işə apellyasiya instansiyası kimi Sumqayıt Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılıb qətnamə çıxarılan zaman tərəflərə qətnamədən narazı qaldıqları halda yuxarı instansiya məhkəməsinə müvafiq olaraq kassasiya şikayətinin verilməsi hüquqları izah edilmişdir. İcra vərəqəsi qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin yekun qərarından narazı olduğu halda mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qərardan kassasiya şikayəti vermək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə izah edir ki, İddiaçı icra sənədinin ləv edilməsinə dair ərizə ilə müvafiq icra qrumuna müraciət etməli və qəbul edilmiş qərardan narazı qaldığı halda məhkəməyə şikayət vermək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasında imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “icra sənədinin ləv edilməsinə dair” iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar