Məhkəmə qərarları › İş №2(074)-568/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-568/2021

01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-568/2021 01.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdehiştirakları ilə, İddiaçıCavabdeh qarşı “evin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Şamaxı şəhəri 28 may küçəsində yerləşən ona düşən payın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun dayısıdır.ünvan 1 ünvanında yaşayır.Həmin ev babası X3 məxsusdur.Babası 21.08.1963-cü ildə vəfat etmişdir.Babası vəfat etdikdən sonra X11,X172009-cu ildə vəfat etmişdir, X14 1989-cu ildə vəfat etmişdir və anası X8 2003-cü ildə vəfat etmişdir. X1 vəfatından sonra o, vərəsə qalmışdır. Hal-hazırda o, tək anadır. Bir azyaşlı qızı var.Kirayədə yaşayır. Onu dayısı X2 şəhəri 28 ay küçəsində yerləşən babasından qalan miras evdə yaşamağa icazə vermir. Nədəki vəfat etmiş anasından qalmış payı ona vermək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, sözügedən evdə qeydiyyatdadır. Anasına düşən payı istəyir. O, Həmin evdə böyümüş, anası ölənədək həmin evdə yaşamışdır. Babası öləndən sonra vərəsələrindən ümumiyyətlə heç kim mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir. O, 2010-cu ildə evdən çıxmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək və iddia tələbinə öz etirazını bildirərək izahat verib bildirdi ki, iddiaçının tələbi əsassızdır. İddiaçı onun bacısının qızıdır. Qeyd olunan ev onun atasının olmuşdur. Vərəsəlik sənədi yoxdur. O, evi yenidən özü təmir etdirib və ailəsi ilə birlikdə yaşayır. İddiaçı anasının vərəsəliyini qəbul etmədən həmin evə iddia yönəldə bilməz. İddiaçı iddia etdiyi əmlaka dair vərəsə ola bilməz. Əgər iddiaçı vərəsədirsə ona payın verilməsinə etiraz etmir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatınıdinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki,iş materiallarında olan texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayı evi X5 məxsusdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 02.06.2020-ci il tarixli № 05/Q-377/69 saylı arayışının surətindən görünür ki, X6 31 avqust 2003-cü ildə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 04.06.2020-ci il tarixli № 05/Q-383/69 saylı arayışının surətindən görünür ki, X17 23 dekabr 1957-ci ildə anadan olmuşdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 04.06.2020-ci il tarixli № 05/Q-384/69 saylı arayışının surətindən görünür ki, X9 24 iyul 1948-ci ildə anadan olmuşdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 04.06.2020-ci il tarixli № 05/Q-385/69 saylı arayışının surətindən görünür ki, X12 07 oktyabr 1993-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 061896 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X7 21.08.1963-cü ildə ölmüşdür. İş materiallarında olan AZE № 12625825 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 23.02.2011-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariatofisinəmirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikası 26.11.1999-cu il tarixli Qanununun 58ci maddəsinə əəsasən Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Lakin qeyd edilən maddi hüquq normalarının tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edirvə mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda Şamaxı şəhəri, 28 may küçəsində yerləşən 35 saylı evdən ona düşən payın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəməyə həmin əmlakın onun tərəfindən faktiki və ya formal qəbul edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evin bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar