Məhkəmə qərarları › İş №2(074)-574/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-574/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-574/2022 07.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdievin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 8222,24 manat pulun və ödənilmiş 103,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində “Hyundai Tucson” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilə görə 8222,24 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh mülkü hüququ pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş 8222,24 manat məbləğində pul Cavabdeh İddiaçı SŞ ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "Atəşgah” ASC-nin nümayəndəsi Araz Alakhverdiev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 010470 saylı sığorta aktından görünür ki, "xxxx" MMC-yə məxsus “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı ASC-də sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X5 izahatında 10 may 2014-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhərində «VOLKSWAGEN POLO» markalı, НО 25628 dövlət nişanlı avtomobilə o,qardaşı Xəyal və həyat yoldaşı Könül ilə əyləşib, avtomobili o, özü idarə edərək Şamaxı şəhərinə şirkətin işçisi Şafiq Mecidov xəstə olduğu üçün ona dəyməyə gəldiklərini, həmin günü saat 20:23 radələrində Şamaxı şəhərində olan şirkətin filialı Şamaxı distribyusiyasının aşağısında avtomobili saxlayıb, orda işləyən Rəvan adlı şəxsi də avtomobilə oturdub, onları Rafiq Mecidovun yanına apararkən sonradan adını bildiyi Şamaxı şəhəri, H.Əliyev küçəsi ilə üzü yuxaxı avtomobili idarə edərkən, orada yol aynasında olan işiqforun yaşıl işığı yandığından yol onun olduğu üçün avtomobili idarə edərkən yolun sağ və sol yol hərəkət hissəsinin işiqforu qırmızı yandığı üçün «HYUNDAİ TUCSON» markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi, Şamaxı şəhər sakini Cavabdeh işiqforun qırmızı işiqını gözləmədən avtomobili İdarə edərək onun avtomobilinin sağ tərəfini vurduğunu, avtomobilin qarşı sağ oturacağında oturan həyat yoldaşı Könül, avtomobilin sağ arxa oturacağında oturan qardaşı Xəyal xəsarət alsalar da, o, özü və Rəvanın heç bir xəsarət almadıqlannı və avtomobili idarə edərkən sərxoş olmamasını, hadisədən sonra o, Könülü və Xəyalı orada olan tanımadığı avtomobilə oturdub, Şamaxı rayon mərkəzi xəstəxanasına apardığını, xəstəxanada Könülə və Xəyala ilk tibbi yardım göstərildiyini, xəstəxanada Könülün sol bayır topuğunun əzilməsini, Xəyalın isə baş nahiyəsində xəsarəti,olduğunu bildiyini, sonra isə onlara evə getməyə icazə verdiklərini, o, avtomobili saatda 40-la idarə etdiyini və avtomobili idarə edərkən sərxoş olmamasını, hadisənin günahkarı digər avtomaşının sürücüsü Rəfailin olmasını, çünki, işiqforun qırmızı işiğını gözləməli olduğu halda gözləmədiyi üçün bu hadisənin günahkarları digər avtomaşının sürücüsü Rəfailin olmasını, çünki işıqforun qırmızı işığını gözləməli olduğu halda gözləmədiyi üçün bu hadisənin baş verdiyini göstərmişdir. X5 və X2 əməlində heç bir cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “X4” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 8222,24 manat təşkil edir. İş materiallarında olan sığorta ödənişi aktının, ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 6968 manat ödənilmişdir. İş materiallarında olan sığorta ödənişi aktının, ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1254,24 manat ödənilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən borcunu 10 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2014cü il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai Tucson” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə və avtomobildə olan sərnişinlərin sağlamlığına zərər dəymişdir. Onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı ASC tərəfindən “Volkswagen Polo” markalı, H 025 628 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 8222,24 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 8222,24 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 103,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8222,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 103,40 manat pul müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar