Məhkəmə qərarları › İş №2(074)-576/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-576/2022

11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-576/2022 11.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “toy məclisinin video görüntülərini əks etdirən kassetlərin alınması və ya ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən oğlu Afiyəddinin toyundan çəkilmiş 3 ədəd toy kasetinin alınaraq ona verilməsini və ya kaset olmadığı halda çəkiliş üçün ödədiyi 450 manat pulun və 30 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin avqust ayının 24-də oğlu Afiyəddin üçün toy məclisi etmiş, onların adətinə görə həm toy axşamında, həm də toy günü məclis olmuşdur. Bunları video görüntüyə almaq üçün o, videoçəkən Vüsalla danışmış, 450 manata razılaşmış, gün ərzində onun həyətində toyla bağlı hər bir şeyi lentə almalı idi. Belə də oldu o, həm toy axşamı məclisini, həm də toyu video görüntüyə aldı. Toyun səhərisi günü, toyun və toy axşamının video görüntüləri ona təqdim olunmalı idi. Toy günü o, ona 450 manat pul vermiş, Vüsal montaj edib gətirəcəyini bildirmişdir. Amma toyun səhərisi Vüsal kassetləri gətirmədi. Həmin vaxt o, dəfələrlə Vüsala zəng etmiş, danışmış, amma hər dəfə bir bəhanə gətirmişdir. Gah dedi ki, lent yanıb, gah dedi verəcək, gah dedi ki montajdadır. Sonra onu tapa bilməmişdir. Demişlər ki, Rusiyadadır. 3 ay olar ki, Vüsal Rusiyadan geri qayıdıb. O, polisə şikayət vermiş. Orada da yalandan demişdir ki, guya o kasetləri ona verib. Yalan danışır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 188-3609-1222 saylı Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis şöbəsinin İddiaçı unvanan məktubundan görünür ki, araşdırılma aparılmış, müraciətdə göstərilən xüsusatlarda hər hansı bir cinayət hadisəsi və inzibati xəta tərkibi olmadığından müraciət mülki xarakterli olduğundan toplanmış material Şamaxı RPŞ-nin dəftərxanasında işə alınmışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Səxavət Garayev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, araşdırma zamanı Şamaxı rayonu 1-ci Çaylı kəndində qeydiyyatda olan və Kiçik Xınıslı kəndində yaşayan Cavabdeh izahatında toy kasetini İddiaçı Hacıməd oğluna verdiyini lakin sonuncunun hələdə əsassız olaraq Polis Şöbəsinə məlumat verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehə 450 manat pul verməsini və cavabdehin toy kasetlərini ona təqdim etməməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 450 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “toy məclisinin video görüntülərini əks etdirən kassetlərin alınması və ya ödənilmiş pul vəsaitinin qaytarılmasına” dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “toy məclisinin video görüntülərini əks etdirən kassetlərin alınması və ya ödənilmiş pul vəsaitinin qaytarılmasına” dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar