Məhkəmə qərarları › İş №2(074)-601/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-601/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-601/2021 29.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 6550 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 14 noyabr 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ford Transit” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 18 dekabr 2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 tərəfindən idarə olunan “Mitsubishi Pajero” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, bundan başqa X14, X10 yüngül xəsarət almışlar. AR DİN YNHDİ İstintaq və Təhqiqat şöbəsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş Cavabdeh1 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlərlə bağlı cəmi 6550 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC-də PGU********** saylı sığorta şəhadətnaməsi əsasında 14.11.2019-cu il tarixdən 14.11.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. İş materiallarında olan PGU-200209 və PGU-200209/1 saylı sığorta aktlarından görünür ki, PGU********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 14.11.2019-cu il tarixdən 14.11.2020-ci il tarixədək sığortalanmış “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.12.2019-cu il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 117.3 kilometrliyində X7 idarə etdiyi “Mitsubishi Pajero İO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Mitsubishi Pajero İO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4300 manat maddi zərər dəymişdir. İş materiallarında olan PGU-200207 saylı sığorta aktından görünür ki, PGU********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 14.11.2019-cu il tarixdən 14.11.2020-ci il tarixədək sığortalanmış “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.12.2019-cu il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 117.3 kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X11 xəsarət dəymişdir. Xəsarət nəticəsində X11 750 manat məbləğində sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan PGU-200208 saylı sığorta aktından görünür ki, PGU********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 14.11.2019-cu il tarixdən 14.11.2020-ci il tarixədək sığortalanmış “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.12.2019-cu il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 117.3 kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 xəsarət dəymişdir. Xəsarət nəticəsində X5 750 manat məbləğində sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan PGU-200206 saylı sığorta aktından görünür ki, PGU********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 14.11.2019-cu il tarixdən 14.11.2020-ci il tarixədək sığortalanmış “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.12.2019-cu il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 117.3 kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X16 xəsarət dəymişdir. Xəsarət nəticəsində X16 750 manat məbləğində sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 02.07.2020-ci il tarixli 14 saylı ekspert rəyindən görünür ki, “Mitsubishi Pajero İO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 2200 manat, görülən işlər üzrə 2100 manat olmaqla, cəmi 4300 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12 510 saylı ekspert rəyindən görünür ki, X7 almış olduğu xəsarətlər yüngül zərər yurmaya aiddir və 18.12.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12 510 saylı ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər yüngül zərər yurmaya aiddir və 18.12.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12 512 saylı ekspert rəyindən görünür ki, X15 almış olduğu xəsarətlər yüngül zərər yurmaya aiddir və 18.12.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. İş materiallarında olan AC № 073899 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” yük markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan ƏN-Vİ № 655812 saylı etibarnamənin surətindən görünür ki, X4 “Ford Transit” yük markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili 18.01.2020-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan AD № 180706 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero İO” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. İş materiallarında olan ƏN-İV № 528044 saylı etibarnamənin surətindən görünür ki, Baıramov Pahlıvan “Mitsubishi Pajero İO” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək üçün X11 etibar etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07.01.2020-ci il tarixli qərardan görünür ki, 18.12.2019-cu ildə saat 09.30 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 117.3-cü kilometrliyində xx.xx.2003-cü ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu, Füzuli küç. ev 10-da yaşayan Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi Ford Transit yük markalı **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 20-30 km sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq 12.11.1992-ci ildə Gürcüstanda anadan olmuş, ismayıllı rayonu Qalagah kənd sakini X7 idarə etdiyi Mitsubishi Pajero İO minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Mitsubişi Pajero İO minik markalı avtomobilin sürücüsü X.Bayramov, həmin avtomobildə olan sərnişinlər 15,07.1959-cu ildə Gürcüstanda anadan olmuş, İsmayıllı rayonu Qalagah kəndində yaşayan X10 və 25.05.2004-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Xəzər rayonu Binə Südçülük sovxozu ərazisində yaşayan X19 xəsarət almışdır. Cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində İXM-nin 332.4-cü və Cavabdeh2 barəsində isə İXM-nin 335.3-cü maddəsi ilə təhbeh görülməsi qərara alınmışdır. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi təqsirli bilinərək 180 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan İXP ******* inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 3(074)-6/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Ford Transit markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolunun 117-ci kilometrliyində X7 idarə etdiyi Mitsubishi Pajero markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Mitsubishi Pajero markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan və həmin avtomobildə olan şəxslərin sağlamlığına isə yüngül zərər dəymişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli № 54973 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PGU-200209 və PGU-200209/1 sığorta aktları əsasında X6 hesabına 4300 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 24.02.2020-ci il tarixli № 00833 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PGU-200207 sığorta aktı əsasında X7 hesabına 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 27.02.2020-ci il tarixli № 00933 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PGU-200208 sığorta aktı əsasında 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 27.02.2020-ci il tarixli № 00931 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PGU-200206 sığorta aktı əsasında 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmaqla, onun tərəfindən 18.01.2020-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və digər hərəkətləri etmək üçün Cavabdeh2 etibar edilmişdir. Eyni zamanda həmin avtomobil "xxxx" ASC-də 14.11.2019-cu il tarixdən 14.11.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 18.12.2019-cu il tarixdə Cavabdeh1 nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X9 məxsus və X7 idarə etdiyi “Mitsubishi Pajero İO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq ona 4300 manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda toqquşma zamanı “Mitsubishi Pajero İO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan X14, X10 və X16 yüngül zərərvurmaya aid olan xəsarətlər dəymişdir. Törətdiyi əmələ görə həm Cavabdeh1, həm də Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı “Mitsubishi Pajero İO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X9 4300 manat, dəymiş xəsarətlərə görə X11 750 manat, X5 750 manat və X19 750 manat olmaqla, ümumilikdə 6550 manat məbləğində sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi Cavabdeh1 sürücülük hüququ olmadan Cavabdeh2 etibar edilmiş “Ford” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 razılığı ilə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6550 manat məbləğində sığorta ödənişi məbləği və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar