Məhkəmə qərarları › İş №2(074)-604/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-604/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-604/2020 30.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı AzSığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AzSığorta ASC Cavabdeh qarşı “subroqasiya qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 570 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq AzSığorta ASCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mercedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Həmin avtomobili Cavabdeh idarə edərək xx.xx.2018-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri 20 Yanvar körpüsünün altında X2 markalı **-NO-*** dövlət nömrəli nişanlı avtomobili vurub, hadisə yerindən uzaqlaşmışdır. Hadisə Yasamal RPİ tərəfindən qeydə alınmış araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş İXP № ******* nömrəli inzibati xəta haqqında tərtib edilərək 100 manat məbləğində cərimələnmişdir. X2 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər AzSığorta ASC tərəfindən 570 manat məbləğində müəyyən edilərək avtomobilin sahibi Qasımov Rövşən Mehdi oğlunun Azərbaycan Beynəlxalq Bankında olan hesabına köçürmüşdür. Odur ki, X2 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 570 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq AzSığorta ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində məhkəmə bildirişini rəsmi qaydada almışdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan PAZ ********** saylı şəhadətnamənin çıxarışından görünür ki, Cavabdeh məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. İş materiallarında olan 4592/CMİ-4262/2018 sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmış, sığortalı Cavabdeh məxsus Mercedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Yasamal rayonu ərazisində Qasımov Rövşən Mehdi oğluna məxsus X2 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, X2 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 570 manat maddi zərər dəymiş, 570 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Mercedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Toyota markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələr üzrə 372 manat, usta işləri üzrə 198 manat olmaqla, ümumilikdə 570 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə saat 17:28 radələrində baş vermiş, hadisə zamanı Mercedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və sürücü Cavabdeh olmuşdur. İş materiallarında olan AD № 396340 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan AB № 669411 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X2 Prado markalı **-NO-*** dövlət nömrəli nişanlı avtomobilin sahibi Qasımov Rövşən Mehdi oğludur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli köçürmə vərəqəsindən görünür ki, AzSığorta ASC tərəfindən Paşa Bank ASC vasitəsilə Qasımov Rövşən Mehdi oğluna 570 manat sığorta ödəniş ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 440 saylı ödəniş tapşırığından görünür ki, AzSığorta ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Mercedes Benz C 180 markalı **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2018-ci il tarixdə Cavabdeh Mercedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə təqsirli şəkildə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, yol nəqliyyat hadisəsi nəticəsində Qasımov Rövşən Mehdi oğluna məxsus X2 markalı **-NO- *** dövlət nömrəli nişanlı avtomobilə 570 manat məbləğində maddi zərər dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı X2 markalı **-NO-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi Qasımov Rövşən Mehdi oğluna 570 manat sığorta ödənişi vermiş, hazırkı iddia üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər 5000 manat məbləğində müəyyən edilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının, təqsirli şəkildə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, X2 Prado markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 570 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq AzSığorta ASC-yə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. X2 Prado markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 570 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq AzSığorta ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar