Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-737/2021 01.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin düzgün olmaması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 atasının adının Fətulla olması barədə Şamaxı rayon Muğanlı kənd İcra nümayəndəliyində 07 noyabr 1994-cü il tarixdə aparılmış 75 saylı doğum qeydinin düzgün olmamasının müəyyən olunması və onun atasının adının Nəmət olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 17 oktyabr 1994-cü ildə Şamaxı rayonu Muğanlı kəndində X6 doğulmuşdur. Bu barədə 07 noyabr 1994-cü il tarixdə Şamaxı rayon Mirikənd kənd icra nümayəndəliyində 75 nömrəli doğum akt qeydi tərtib edilmişdir. Doğum akt qeydi tərtib edilərkən Elvinin ata qrafasında X7, ana qrafasında isə X11 yazılmışdır. Elvinin vətəndaş qrafasında atasının adı Fətulla (babasını adıdır), ata qrafasında isə Nəmət yazılmışdır. Elvinin atası X4r. Elvin 12 iyun 1999-cu ildə vəfat etmişdir. Şamaxı rayonu Muğanlı kəndində dəfn edilmişdir. Muğanlı kəndində X6 adlı şəxs yaşamayıb, bu X8r. Ərizəçi nümayəndəsi X7 ərizəyə dəqiqləşmə verərək Şamaxı rayonu Mirikənd kənd İcra nümayəndəliyində 07 noyabr 1994-cü il tarixdə aparılmış 75 saylı doğum qeydinin düzgün olmamasının müəyyən olunması və Elvin Qeybalıyevin atasının adının Nəmət olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X7 ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ölüm kağızı çıxartmalıdır, lakin oğlunun ata adı doğum qeydində düzgün yazılmadığından bunu edə bilmir. Buna görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 10 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, X6 17 oktyabr 1994-cu ildə Şamaxı rayonu Muğanlı kəndində doğulmuşdur. Bu barədə 07 noyabr 1994-cü il tarixdə Şamaxı rayon Mirikənd kənd icra nümayəndəliyində 75 nömrəli doğum akt qeydi tərtib edilmişdir. X3 atası X7, anası X9r. İş materiallarında olan Şamaxı rayon İ.H.B-nın Muğanlı kənd İ.Ə.D-nin 18.09.2020-ci il tarixli 139 saylı arayışından görünür ki, X10 17.10.1994-cü ildə doğulmuşdur və 12.06.1999-cu ildə vəfat etmişdir. Mərhum Şamaxı rayonu Muğanlı kəndində yaşamışdır. X1 rayonu Muğanlı kəndi qəbirstanlığında dəfn edilmişdir. X6 adında Şamaxı rayonu Muğanlı kəndində şəxs yoxdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 24 fevral 2021-ci il tarixli, 05/Q-169/15 saylı arayışdan görünür ki, 07.11.1994-cü ildə tərtib edilmiş 75 nömrəli doğum haqında akt qeydində uşaq haqqında məlumat qrafasında atasının adının “Fətulla”dan “Nəmət”ə dəyişiklik edilməsindən imtina edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 13 aprel 2021-ci il tarixli, 05/Q-271/69 saylı arayışdan görünür ki, X5 atalığının müəyyən olunması haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 13.04.2021-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmiş və atalığı müəyyən etmək haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin oğlu Elvin Qeybalıyevin atasının adı əslində “Nəmət” olsa da, 07.11.1994-cü il tarixli, 75 nömrəli doğum haqqında akt qeydində onun adı “Fətulla” qeyd edilmişdir. Qeyd olunan yanlışlıq ərizəçiyə oğlunun sənədlərinin alınmasına maneə yaradır. Buna görə də ərizə təmin edilməli, Şamaxı rayon Mirikənd kənd icra nümayəliyində tərtib edilmiş 07.11.1994-cü il tarixli, 75 nömrəli doğum haqqında akt qeydində Elvin Qeybalıyevin atasının adının “Nəmət” əvəzinə səhvən “Fətulla” kimi qeyd edildiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Mirikənd kənd icra nümayəliyində tərtib edilmiş 07.11.1994-cü il tarixli, 75 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması, Elvin Qeybalıyevin atasının adının “Nəmət” olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-737/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-737/2021
01.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver