Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-761/2024 08.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Şamaxı rayonu Göylər kəndində yerləşən **********19-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi əsasında ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Göylər kəndində yaşadığı ev mülkiyyət hüququna əsasən ona məxsusdur. Cavabdeh 1917-cı ilə kimi öz ailəsi ilə onun evində yaşamış, sonradan Göylər kəndində ev tikərək, həmin evə köçmüşlər. 2023-cü ildən isə ünvan 1 ünvanında yaşayır. Onun evində cavabdehin və ya həyat yoldaşının hər hansı əşyası da yoxdur. Göylər kəndindəki öz tikdikləri evə yığıb. Qapısı da qıfıllayıb, özləri də Şamaxı şəhərində yaşayırlar. Cavabdeh öz əşyalarını yığışdırıb, Göylər kəndində öz tikdikləri evə köçən gündən, onun evində istifadə hüquqlarını itirmişdir. Cavabdehə dəfələrlə demişdir ki, evin qeydiyyatından çıxsın. Lakin, sonuncu çıxmaq istəmir, onun hazırda yaşadığı, faktiki ünvanına da məktub göndərmişdir ki, gəlib evin qeydiyyatından çıxsın. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.1983-cü il tarixdə Göylər kəndində doğulmuşdur. Həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, doğulduğu və yaşadığı mənzilə istifadə hüquqları yaranır. Həmin Məcəllənin 87-ci maddəsinin tələbinə görə, şəxs daimi yaşamaq üçün başqa ünvana və yaxud digər yaşayış məntəqəsinə köçüb getmişsə, o, bu mənzildən istifadə hüquqlarını itirir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmu nuna uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, göstərdi ki, iddiaçı atasıdır, o, hazırda iddiaçıya məxsus evdə qeydiyyatdadır, anadan olandan həmin evdə yaşamışdır. 2012-ci ildə ailə qurub və öz ailəsi ilə birlikdə həmin evdə yaşayıb, 2017-ci ildə həmin evdən çıxıb, ünvan 2 ünvana köçüb, ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Şamaxı rayonu, Göylər kəndində yerləşən ümumi sahəsi 124 kv. m. olan fərdi yaşayış evi İddiaçı, həmin evin yerləşdiyi 0,0799 ha torpaq sahəsi isə İddiaçı ilə birlikdə ailə üzvləri olan – X5, X4, X3 və X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğludur və anadan olduğu 1983-cü ildən 2017-ci ilədək iddiaçıya məxsus evdə yaşamış, sonradan öz ailəsi ilə digər ünvana köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və hazırda İddiaçı Cavabdeh həmin evdən istifadə hüququna xitam verilməsini tələb edir. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, hüquq normalarını rəhbər tutaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh qeyd olunan ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-761/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-761/2024
08.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver