Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-789/2022 15.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X2 şəhəri Qanlı 20 yanvar küçəsi 12 (yeni qaydalarla ünvan 3 saylı evi 08 iyul 2021-ci il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla X4 alqı-satqı yolu ilə almışdır. Anası həmin evi 27 yanvar 2021-ci il tarixdə onun oğlu İddiaçı bağışlamışdır. Hazırda ev oğlunun mülkiyyətində olmaqla, onların istifadəsindədir. Oğlunun hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə 16 fevral 2021-ci il tarixdə tam payla qeydə alınmışdır. Həmin mənzildə yaşamış Cavabdeh hələ də evin qeydiyyatdında qalmışdır. Onun evin qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə Şamaxı rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 şəhəri Qanlı 20 yanvar küçəsi 12 ünvanında yerləşən ümumi sahəsi 170,4 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0.0365 ha torpaq sahəsini X1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli yaşayış evinin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X10 DƏDRX 14 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********62-10301 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 170,4 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,0365 ha torpaq sahəsini İddiaçı bağışladır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri Qanlı 20 yanvar küçəsi, ev 12 (yeni qaydalarla ünvan 3 ünvanında 0,0365 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Şamaxı şəhəri Qanlı 20 yanvar küçəsi, ev 12 (yeni qaydalarla ünvan 3 ünvanında 0,0365 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini X6 alqı-satqı yolu ilə alaraq nəvəsi İddiaçı bağışlamışdır. Həmin fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvüdür. Fərdi yaşayış evinin mülkiyyətçisi iradəsini ifadə edib ev üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Cavabdeh qeyd olunan fərdi yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxsin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Şamaxı şəhəri Qanlı 20 yanvar küçəsi ev 12 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Hazırkı məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-789/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-789/2022
15.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver