Məhkəmə qərarları › İş №2(074)-794/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-794/2021

21.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-794/2021 21.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı cavabdeh X6 iştirakları ilə, İddiaçı cavabdeh X8 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 77.5 kv.m. yaşayış sahəsi 46.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, mənzilin giriş qapısının açarlarının 1 (bir) nüsxəsinin cavabdehdən alınıb ona verilməsi və mənzildən maneəsiz istifadə edə bilməsi və mənzili kirayə verərək əldə etdiyi 3000 (üç min) manat gəlirin yarısının 1500 (min beş yüz) manatın ona qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı ilə 23 noyabr 1994-cü ildə evlənmiş və onların nikahları Suraxanı Rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(010)-230/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından uşağları olmamışdır. Cavabdeh Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı ilə 13 avqust 2019-cu il tarixində mübahisələri olmuş və o, vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq darvazanın, mənzilin, zirzəminin və digər yerlərin açarlarının bir nüsxəsini ona verərək həmin gün Bakı şəhərinə getmişdir. Cavabdehlə nikahları pozulmamış, 02 oktyabr 2019-cu il tarixində birgə nikah müddətində əldə olunmuş əmlakın bölünməsi barədə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və Suraxanı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi qət edilmişdir. Həmin Məhkəmə qətnaməsi ilə tam pay ilə hüquqi sahibi olduğu Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 77.5 kv.m., yaşayış sahəsi 46.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi cavabdeh İddiaçı ilə iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanınmış. Şamaxı rayonu Nağaraxana kəndində ümumi sahəsi 77.5 kv.m. , yaşayış sahəsi 46.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə iddiaçı X6 və cavabdeh İddiaçı hər birinə 1/2 (ikidə bir) pay üzrə mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı 2020-ci ilin mart ayında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi çıxmamış darvazanın, mənzilin, zirzəminin və digər yerlərin qapılarının açarlarını dəyişdirərək onu xüsusi mülkiyyətində olan evinə daxil olmağını əngəlləmişdir. Cavabdeh Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı “COVİD -19” koronavirus pandemiyası ilə əlaqədar onun Şamaxı rayonu Nağaraxana kəndinə gedə bilməyəcəyini bilərək mənzildən 2020-ci ilin iyun, iyul, avqust və sentyabr aylarında müxtəlif vaxtlarda gəlir mənbəyi kimi istifadə etmiş və 3000 (üç min) manat gəlir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, 2020-ci ilin mart ayından evinə daxil ola bilmir. Belə ki, cavabdeh evin açarlarını dəyişərək onu evə buraxmır. Cavabdeh özüdə həmin evdə yaşamır, evi kirayə verərək pul qazanır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbi ilə razı olmayaraq izahat verib bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə Şamaxı rayonu Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə onun və cavabdeh İddiaçı hər birinə 1/2 (ikidə bir) pay üzrə mülkiyyət hüquqları tanınmışdır. Bakı şəhərində yerləşən evdədə ona yaşamaq hüququ verilib. Onun başqa evi yoxdur. İddiaçı ilə nikahları pozulduğundan onlar ayrı-ayrı adamlardır və buna görə iddiaçını evə buraxmır. Aralarındakı münasibət pisdir, eyni evdə yaşaya bilməzlər. Evi heç kimə kirayəyə verməyib, özü yaşayır. Evin açarları da özündədir. Belə ki, o, tək qadın olduğundan gün ərzində qardaşının evində olur, gecə isə öz evinə gəlir. Buna görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli № 2(010)-311/2020 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxan kəndində ümumi sahəsi 77.5 kv.m yaşayış sahəsi 46,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evini iddiaçı X4 və cavabdeh İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakı kimi tanınmış, həmin evə onların hər birinə 1/2 (ikidə bir) pay üzrə mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan RX ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin çıxarışının surətindən görünür ki, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.1169 ha sahəsi olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ 24.01.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 12.03.2020-ci il tarixli 349083 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 101 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 avqust 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı evinin qəsbkarlardan boşaldılması, mənzilinin qıfıllarının sındırılması və ya açılmasında iştirak edən şəxslərin cəzalandırılması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20.12.2021-ci il tarixli, 208 saylı arayışdan görünür ki, X1 keçmiş həyat yoldaşı İddiaçı ilə inşa etdikləri yaşayış evində tək yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu, Nağaraxan kəndində yerləşən 0,1169 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 77.5 kv.metr yaşayış sahəsi 46,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 1/2 pay üzrə X9, 1/2 pay üzrə İddiaçı məxsusdur. Hazırda həmin evdə X11 tək yaşayaraq iddiaçının həmin evdə istifadə etməsinə imkan vermir. Göründüyü kimi cavabdehin hərəkəti nəticəsində iddiaçının mənzilindən dinc istifadə etmək hüququ pozulmuş, iddiaçının qanuni mənafeyinə xələl gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh tərəfindən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 77.5 kv.m. yaşayış sahəsi 46.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələr aradan qaldırılmalı, mənzilin giriş qapısının açarlarının 1 (bir) nüsxəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın mənzilin kirayə verərilərək əldə edilən gəlirin yarısının iddiaçıya verilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən mənzilin kirayə verilməsinə dair heç bir sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia qismən təmin edilsin. Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 77.5 kv.metr yaşayış sahəsi 46.2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin yaradılması cavabdeh X9 qadağan edilsin və mənzilin giriş qapısının açarlarının 1 (bir) nüsxəsi X5 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar