Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-808/2020 30.09.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı AzSığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AzSığorta ASC Cavabdeh qarşı “subroqasiya qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 270 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq AzSığorta ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu, Daş bazarı dairəsidə idarə etdiyi BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, hadisə yerindən yayınmış və nəticədə Chevrolet Aveo markalı **-LH-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 270 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN BDYP-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh Eldəm Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli İPX ******* nömrəli protokol və xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqmda qərarla 100 manat cərimə olunmuşdur. Chevrolet Aveo markalı **-LH-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Group Assist MMC tərəfindən 270 manat məbləğində müəyyənləşdirilmiş və həmin məbləğ AzSığorta ASC tərəfindən zərərçəkən X1 bank hesabına 100 manat məbləğində, Chevrolet Aveo markalı **-LH-*** qeydiyyat nişanlı avtomobil AXA MBASK SŞ ASC tərəfindən fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növü ilə sığortalandığından və sığorta hadisəsinin nəticəsində zərərçəkən X2 AXA MBASK SŞ ASC tərəfindən 170 manat sığorta ödənişi ödənildiyindən subroqasiya qaydasında AzSığorta ASC tərəfindən AXA MBASK SŞ ASC-yə ödənilmişdir. Odur ki, iddiaçı, Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 270 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq AzSığorta ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan zərfdən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi ona çatdırılması mümkün olmadığı üçün məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli PAZ ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı Cavabdeh məxsus BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı AzSığorta ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. İş materiallarında olan № 916951 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X2 məxsus Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 100 manat azadolma nəzərdə tutulmaqla tam sığorta növündə sığortalanmışdır. İş materiallarında olan 1631/CML-1144/2019-1 və 1631/CML-1144/2019-1 sığorta aktlarından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmış, sığortalı Cavabdeh məxsus BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə daş bazarı dairəsində X2 məxsus Chevrolet Aveo markalı **-LH- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 270 manat maddi zərər dəymiş, 100 manat məbləğində sığorta ödənişi zərərçəkənə, 170 manat məbləğində sığorta ödənişi isə subroqasiya hüququnun keşməsi əsasında AXA MBASK SŞ ASC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyyat hissələr üzrə 70 manat, təmir işləri üzrə 200 manat olmaqla, ümumilikdə 270 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan bank daxili 005İNT********** saylı köçürmə vərəqəsindən görünür ki, AzSığorta ASC tərəfindən 1631/CML-1144/2019 sığorta aktı əsasında X1 hesabına 100 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan ölkə daxili 005XOH********** saylı köçürmə vərəqəsindən görünür ki, AzSığorta ASC tərəfindən 1631/CML-1144/2019-1 sığorta aktı əsasında AXA MBASK SŞ ASC-nin hesabına 170 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli № 016-47382 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə daş bazarı dairəsidə baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Hadisə zamanı Chevrolet Aveo markalı **-LH- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, hadisə zamanı Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 olmuşdur. İş materiallarında olan TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan AC № 935413 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan AD № 180830 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, AzSığorta ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2019-cu il tarixdə Cavabdeh BMW 320 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə təqsirli şəkildə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, yol nəqliyyat hadisəsi nəticəsində X2 məxsus fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növü ilə AXA MBASK SŞ ASC tərəfindən 100 manat azadolma nəzərdə tutulmaqla sığorta olunmuş Chevrolet Aveo markalı **-LH-*** dövlət nömrəli nişanlı avtomobilə 270 manat məbləğində maddi zərər dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı Chevrolet Aveo markalı **-LH-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X2 100 manat, Chevrolet Aveo markalı **-LH-*** dövlət nömrəli nişanlı avtomobilin sığortaçısı AXA MBASK SŞ ASC-yə isə 170 manat məbləğində sığorta ödənişi vermiş, hazırkı iddia üzrə 20 manat dövlət rüsumu ödəmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər 5000 manat məbləğində müəyyən edilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının, təqsirli şəkildə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 270 manat sığorta ödənişi və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq AzSığorta ASC-yə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Chevrolet Aveo markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 270 manat sığorta ödənişi və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq AzSığorta ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-808/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-808/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver