Məhkəmə qərarları › İş №2(074)-952/2021

Şamaxı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(074)-952/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-952/2021 09.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən malın, işin və ya xidmətin qüsurları nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 130 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat və hüquqi xidmətə görə ödənilmiş 30 manat pulun, ümumilikdə 260 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, şəhid anasıdır. Cavabdeh onun etibarından sui-istifadə edərək ona özünü Elvin Kərimli kimi təqdim etmiş, bir il zəmanətlə 130 manat dəyərində olan “Avians” markalı ət çəkən maşını satmışdır. Ət maşını aldıqdan sonra onu işlətmək istəsə də maşın işləməyib. Bundan sonra dərhal Elvin Kərimli adlı şəxsin verdiyi (050)-856-70-80 nömrəyə dəfələrlə zəng etmiş, lakin telefonu açmayıb. Dələduz tərəfindən aldandığını bildiyi üçün Tərtər rayon polis Şöbəsinə şikayətlə müraciət etmiş və Tərtər rayon Polis Şöbəsi onun şikayəti əsasında Azercell telekoma sorğu göndərib (050)-856-70-80 nömrəli telefonun sahibinin hazırki cavabdeh olduğunu müəyyən etdi. O, Cavabdeh Miraga oğlundan pulunu tələb etsə də cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onların hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədi və iddia tələbini müdafiə edərək, eyni zamanda ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər rayon Polis Şöbəsinin 08.06.2021-ci il tarixli № 184-12110-124 saylı məktubunun surətinən görünür ki, Tərtər rayon Polis Şöbəsi tərəfindən İddiaçı 21.04.2021-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinə ünvanladığı müraciəti əsasında Tərtər rayon polis şöbəsinin təhqiqat qrupunda ətraflı araşdırılma aparılaraq, araşdırma zamanı ona 130 manat dəyərində ”Avians” markalı məişət əşyası sataraq 1 il zəmanət vermiş, şirkətə məxsus nömrə kimi təqdim olunmuş ***-***-**-** nömrənin sahibini müəyyən etmək üçün Azercell Telekom MMC-yə rəsmi məktub göndərilmişdir. Azercell Telekom MMC-nin 07.05.2021 il tarixli 9488 saylı məktubuna əsasən ***-***-**-** nömrənin istifadəçisi Şamaxı rayon Dağ-Bağırlı kəndində qeydiyyatda olan 15.07.1988-ci ol təvəllüdlü Cavabdeh aid olması məlum olmuşdur. Tərtər rayon Polis Şöbəsi ***-***-**-** nömrənin sahibi Cavabdeh barədə məhkəməyə müraciət etdilməsi məsləhət görülmüşdür. İş materiallarında olan 29.07.2021-ci il tarixli 287 saylı Tərtər rayon İHB-nin Hüsənli kənd inzibati ərazi nümayəndəyinin arayışından görünür ki, İddiaçı həqiqətəndə Tərtər rayon Hüsənli kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh özünü Elvin Kərimli kimi təqdim etmiş, bir il zəmanətlə 130 manat dəyərində olan “Avians” markalı ət çəkən maşını satmış lakin ət maşını aldıqdan sonra onu işlək vəziyyətdə olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 130 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat, ümumilikdə 230 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238, 241-244, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 130 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat, ümumilikdə 230 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Şamaxı rayon Məhkəməsinə ərizə verə bilər Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar