Məhkəmə qərarları › İş №2(074)-956/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-956/2021

16.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-956/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum haqqında akt qeydiyyatında doğum tarixi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 ünvan 1998-ci ildə tərtib edilmiş 93 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin 02.11.1996-cı ilə dəyişiklik edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Quşçu kəndində yaşayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Rayon Şöbəsinə oğlu X2 ünvan 1998-ci ildə tərtib edilmiş, 93 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin 22.05.1998-ci ildən 02.11.1996-cı ilə dəyişiklik edilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şamaxı rayon qeydiyyat şöbəsindən 20.04.2021-ci il tarixli məktubla bildirilmişdir ki, doğum tarixinin dəyişiklik edilməsi ilə bağlı hər hansı bir təsdiqləyici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 N-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişiklik və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ına əsasən X2 doğum akt qeydində doğum tarixində "22.05.1998-ci il"dən "02.11.1996-cı il"ə dəyişiklik edilməsi Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Şamaxı rayon Quşçu kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 1998-ci il tarixli XXİ- ЖГ" N 283844 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, X4 02.11.1996-cı ildə anadan olmuşdur. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək X2 ünvan 1998-ci ildə tərtib edilmiş 93 nömrəli doğum haqqında akt qeydinin düzgün olmamasının və onun doğum tarixinin 02.11.1996-cı il olmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. X4 1996-cı ildə ev şəraitində anadan olmuşdur. Uşaqlardan ən balaca Natiqdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi ilə qonşudur. X4 1996-cı ildə ev şəraitində anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan XXİ- ЖГ № 283844 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 02.11.1996-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 20.04.2021-ci il tarixli 05/Q-366/15 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ünvan 1998-ci il tərtib edilmiş 93 nömrəli doğum haqqında akt qeydində doğum tarixində 22.05.1998-ci ildən 02.11.1996-cı ilə dəyişiklik edilməsinə dair barədə müraciəti üzrə doğum tarixinə dəyişiklik edilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilmədiyindən doğum tarixində dəyişikliklər edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, X2 ünvan 1998-ci ildə tərtib edilmiş 93 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin düzgün olmaması ərizəçinin izahatı ilə yanaşı, işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, qeydiyyat şöbəsi doğum akt qeydində dəyişiklik etməkdən imtina etdiyindən, ərizəçi isə həmin düzəlişi başqa qaydada edə bilmədiyindən, ərizə təmin edilməli, həmin doğum akt qeydinin düzgün olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1998-ci ildə tərtib edilmiş 93 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və X2 doğum tarixinin 02.11.1996-cı il olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar