Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-980/2023 01.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 və Maraqlı şəxs iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 98,73 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9901,66 manat, İşsizlikdən sığorta fonduna olan 205,97 manat, İcbari Tibbi Sığorta Fonduna olan 165,7 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün, hüquqi şəxsin icra orqanının rəhbəri olan – Maraqlı şəxs (doğulduğu tarix – xx.xx.1973-cü il, doğulduğu yer - Azərbaycan, Şamaxı, Qəleybuğurd kəndi, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikasi Şamaxı rayonunun Qəleybuğurd Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 9787,61 manat, İcbari Tibbi Sığorta Fonduna 165,7 manat, dövlət büdcəsinə 98,73 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 98,73 manat), işsizlikdən sığorta fonduna 205,97 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 114,05 manat olmaqla, ümumilikdə 10372,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********557800, xx.xx.2023cü il tarixli **********264300, xx.xx.2020-ci il tarixli **********998000, xx.xx.2023-cü il tarixli, **********683500, xx.xx.2020-ci il tarixli, **********416800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs sədri olduğu Şamaxı rayonu Qəleybuğurd Bələdiyyəsinin dövlət büdcəsinə vergi borcunun olmasını etiraf edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Şamaxı Rayonu Qəleybuğurd Bələdiyyəsinin dövlət büdcəsinə ümumilikdə 10372,06 manat məbləğində vergi borcu vardır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişlərdən görünür ki, dövlət büdcəsinə olan vergi borcunun könüllü olaraq ödənilməsi barədə hüquqi şəxsin rəhbəri olan Maraqlı şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hüquqi şəxs Şamaxı Rayonu Qəleybuğurd Bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs xx.xx.1973-cü ildə ünvan 1i ünvanında yaşayır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şamaxı Rayonu Qəleybuğurd Bələdiyyəsi vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmiş və nəticədə xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 9787,61 manat, İcbari Tibbi Sığorta Fonduna 165,7 manat, dövlət büdcəsinə 98,73 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 98,73 manat), işsizlikdən sığorta forduna 205,97 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 114,05 manat olmaqla, ümumilikdə 10372,06 manat borcu yaranmışdır. Hazırda ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi vergi borcunun ödənilməsini təmin etmək üçün, hüquqi şəxsin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5617/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə, “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 23cü bəndinə əsasən, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, MPM-in 40-2-ci fəslində nəzərdə tutulmuş işlərə yəni, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə yalnız sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda, kommersiya məhkəmələri tərəfindən baxılır. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). Hazırki iş üzrə vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinin sənədlərindən müəyyən olunduğu kimi, bələdiyyələr yerli özünü idarəetmə orqanı olaraq qeyri-kommersiya qurumudur. Bundan başqa, iş materiallarından görünür ki, Qəbələ rayonu Bayramkoxalı bələdiyyəsinin vergi orqanı tərəfindən tələb edilən borcu Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməli olan ödənişlərdən ibarətdir ki, qeyd edilən ödənişlər də bələdiyyənin sahibkarlıq fəaliyyətinin deyil, qeyri-kommersiya xarakterli fəaliyyətinin nəticəsidir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, hazırki mübahisəyə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələbinə əsasən, ümumi məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə, ərizə təmin edilməli, xx.xx.1973-cü il tarixdə ünvan 2ində doğulmuş, Şamaxı rayonu, Qəleybuğurd kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə ünvan 2ində doğulmuş, Şamaxı rayonu, Qəleybuğurd kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-980/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-980/2023
01.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver