Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-106/2021 03.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh X2 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, X13 prospekti, dalan 25, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0124 ha torpaq sahəsində ona məxsus ¾ hissə payının naturada bölünərək ona verilməsi, cavabdeh tərəfindən qanunsuz müdaxilələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi (vəkili) tələbin artırılmasına dair ərizə təqdim edərək, Şəki şəhəri, X13 prospekti, dalan 25, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0124 ha torpaq sahəsində iddiaçıya məxsus ¾ hissə payının naturada bölünməsi, bu mümkün olmadıqda Şəki şəhəri, X13 prospekti, dalan 25, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X6 məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə cavabdeh X1 şəhəri, X13 prospekti, dalan 25, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0124 ha torpaq sahəsində özünə məxsus ¼ hissə payını İddiaçı satmış və tərəflər arasında heç bir mübahisə qalmamışdır. Odur ki, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi X12 bildirdi ki, cavabdeh X1 şəhəri, X13 prospekti, dalan 25, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0124 ha torpaq sahəsində özünə məxsus ¼ hissə payını İddiaçı satmış və tərəflər arasında heç bir mübahisə qalmamışdır. Odur ki, isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdeh X2 nümayəndəsi X12 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. İş materialından görünür ki, 10.11.2020-ci il tarixdə iddiaçının vəsatəti əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və 10/4085 nömrəli, 07 iyun 2021-ci il tarixli ekspert rəyində ekspert xərcinin 50 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, həmçinin iddiaçı vəsatət verərək mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iş üzrə mövcud olan ekspertiza xərcinin iddiaçıdan tutulmasını ədalətli hesab edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X7 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər X4 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq bölünməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X7 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-106/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-106/2021
03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver