Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1061/2020 07.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Set- Auto”LTD-yə məxsusvə İddiaçı Sığorta Şirkətində sığortalanmış Hyundai Accent markalı, H028486 dövlətqeydiyyatnişanlı avtomobilə dəymiş zərərə görə 2461.00 manat sığorta ödənişivə iddia ərizəsinin verilməsiilə bağlı 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2491.40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X3 Səhmdar Cəmiyyəti iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə idarə etdiyi “VAZ 21214” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, Vidadi küçəsiylə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yolayrıcı keçmə qaydasını pozaraq “Set-Auto LTD”-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin təqdim etdiyi akta uyğun olaraq, “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə 4858 (dörd min səkkiz yüz əlli səkkiz manat 0 qəpik) manat zərər təyin edilmişdir. **********5 saylı sığorta müqaviləsinin 064118 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 4858 (dörd min səkkiz yüz əlli səkkiz manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığorta şirkəti “xxxxxxxxxxx” Şirkəti ASC-də olduğundan “xxxxxxxxxxx” Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 2397 (iki min üç yüz doxsan yeddi manat 0 qəpik) manat məbləğini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəniş etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə qalan 2461 (iki min dörd yüz altmış bir manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 bildirdi ki, Cavabdeh məxsus “VAZ 21214” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil“xxxxxxxxxxx” Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə idarə etdiyi “VAZ 21214” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya zərər vurulmuşdur. Hesab edir ki, zərərin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin təqdim etdiyi aktda “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər şişirdilmiş şəkildə, artıq hesablanmışdır. Bundan başqa avtomobilə dəymiş ziyanın çox hissəsi “xxxxxxxxxxx” Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanması haqqında məlumatdan görünür ki, Cavabdeh məxsus “VAZ 21214” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, “Set-Auto” LTD-yə məxsus “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkətində sığortalanmışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zaqatala şəhəri, Vidadi küçəsiylə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yolayrıcı keçmə qaydasını pozmuş, nəticədə “Set-Auto” LTD-yə məxsus “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zaqatala şəhəri, Vidadi küçəsiylə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yolayrıcı keçmə qaydasını pozmuş, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 104803 nömrəli zərər aktından görünür ki, “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə 4858.00 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 3265 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən “Hyundai Accent” markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 4858.00 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, P2447/19 nömrəli pretenziya məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 4858 manat sığorta ödənişinin qalıq hissəsinin 7 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 2461.00 manat həcmində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Set-Auto” LTD-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Hyundai Accent markalı, H028486 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2461.00 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2491.40 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1061/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1061/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver