Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1069/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Balakir oğlunun Cavabdeh Şöbəsinin xx.xx.2021-ci il tarixli borcun təqaüdün 50%-nə yönəldilməsi barədə sərəncama dəyişiklik edilərək təqaüdün 15%-nə yönəldilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədləri araşdıraraq, Müəyyənetdim: İddiaçı Balakir oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şöbəsinin xx.xx.2021-ci il tarixli borcun təqaüdün 50%-nə yönəldilməsi barədə sərəncama dəyişiklik edilərək təqaüdün 15%-nə yönəldilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İş materiallarından görünür ki, İddiaçı Balakir oğlu məhkəmə qərarlarının iclası ilə əlaqəli olan Cavabdeh Şöbəsinin xx.xx.2021-ci il tarixli borcun təqaüdün 50%-nə yönəldilməsi barədə sərəncama dəyişiklik edilərək təqaüdün 15%-nə yönəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqəli olan işlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə iddia icraatı qaydasında deyil, məhkəmə qətnamələrinin icrasından şikayət qaydasında şikayət verilir. İcra haqqında Azərbaycan Respublikası Qanunda icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan hansı şəxslərin hansı yerin məhkəməsinə, hansı qaydada və müddətdə şikayət verilməsi təsbit edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri sayılır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir. Həmin Qanunun 63.1.1-ci maddəsinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; Həmin Qanunun 63.1.2-ci maddəsinə əsasən icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; Həmin Qanunun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Məhkəmə İddiaçı Balakir oğlunun diqqətinə çatdırır ki, qanunvericiliyin tələbləri baxımından icra məmurunun sərəncamına, qərarlarına dəyişiklik edilməsinə dair işlərə mülki məhkəmə icraat qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Balakir oğlunun Cavabdeh Şöbəsinin xx.xx.2021-ci il tarixli borcun təqaüdün 50%-nə yönəldilməsi barədə sərəncama dəyişiklik edilərək təqaüdün 15%-nə yönəldilməsi barədə ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, İddiaçı Balakir oğluna hazırki tələblə bağlı məhkəmə qətnamələrinin icrası qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, Qəraraaldım: İddiaçı Balakir oğlunun Cavabdeh Şöbəsinin xx.xx.2021-ci il tarixli borcun təqaüdün 50%-nə yönəldilməsi barədə sərəncama dəyişiklik edilərək təqaüdün 15%-nə yönəldilməsi barədə ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı Balakir oğluna hazırki tələblə bağlı məhkəmə qətnamələrinin icrası qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1069/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1069/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver