Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1075/2021 09.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Ərizəçi «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitabında) adının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Tərlan” kimi yazılmalı olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1988-ci ildə Şəki rayonu Bideyiz kəndində anadan olmuşdur. Doğumu 26 may 1988-ci ildə Şəki rayonu Baş Küngüt kənd soveti tərəfindən qeydiyyata alınaraq Xlll-JQ № 355510 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnaməsi cırıldığından bir müddət əvvəl doğum haqqında şəhadətnamənin təkrar surətinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həmin vaxt ona bildirmişlər ki, doğum haqqında akt qeydində adı “Tarzan”, şəhadətnamədə isə qaralamaya yol verilərək “Tərlan” yazılmışdır. Ona görə də ona təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Daha sonra o, vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs 07 may 2021-ci il tarixli, 05/Q-1759/15 nömrəli məktubu ilə ona bildirmişlər ki, doğum haqqında akt qeydində adı “Tarzan”, şəhadətnamədə isə qaralamaya yol verilərək “Tərlan” yazıldığından müvafiq düzəlişin aparılması imkan xaricindədir. Ona görə də ona məhkəmə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 göstərmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitabında) adının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 göstərdi ki, Ərizəçi xalasıdır. Ərizəçi xx xxxxx 1988-ci ildə Şəki rayonu Bideyiz kəndində anadan olmuşdur. O, ərizəçini “Tərlan” kimi tanımışdır. Bacısı Nardənənin ərizəçidən başqa iki qızı vardır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 göstərdi ki, Ərizəçi onun qaynıdır. O, ərizəçini “Tərlan” kimi tanımış, “Tarzan” adını heç vaxt eşitməmişdir. Belə ki, əslinə baxmaqla tədqiq edilərək işə əlavə edilmiş 26 may 1988-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, 355510 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxx 1988-ci ildə Bideyiz rayonunda doğulmuşdur. X3, anası X1r. Doğum haqqında şəhadətnamədə “Tərlan” adına qaralama edilərək düzəliş edilmişdir. İşdə olan doğum akt qeydindən görünür ki, xx xxxxx 1988-ci il təvəllüdlü X5 X3, anası X1r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 may 2021-ci il tarixli, 05/Q-1759/15 nömrəli məktubdan görünür ki, doğum haqqında akt qeydində adı “Tarzan”, şəhadətnamədə isə qaralamaya yol verilərək “Tərlan” yazıldığından müvafiq düzəlişin aparılmasından imtina edilərək ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan 362 nömrəli tələbə biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 04 sentyabr 2007-ci il tarixdə X18 Kollecinə daxil olmuşdur. İşdə olan AA seriyalı, 005141 nömrəli subbakalavr diplomunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 23 iyun 2011-ci il tarixdə X18 Kollecini bitirmişdir. İşdə olan AO seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 07 oktyabr 2007-ci il tarixdə Şəki rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx xxxxx 1988-ci ildə Şəki rayonu Bideyiz kəndində doğulmuş və onun doğum akt qeydiyyatı kitabında adı səhvən “Tarzan” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlərdə adı “Tərlan” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Tarzan” kimi yazılmasının düzgün olmaması, onun adının “Tərlan” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Tərlan” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1075/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1075/2021
09.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver