Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-11/2022 04.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1na, Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq müsabiqəsinə dair iclasın qərarlarının və şəhadətnamələrin etibarsız hesab edilməsi və icarə müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müsabiqənin qalibləri haqqında xx.xx.2020-ci il tarixdə keçirilmiş 186 saylı iclasının və xx.xx.2020-ci il tarixdə keçirilmiş 156 saylı iclasının prtokolları üzrə çıxarılmış qərarlarının etibarsız hesab edilməsi, Hərracların Təşkili üzrə Auksiyon Mərkəzi tərəfindən müsabiqənin qalibləri- Cavabdeh3 xx.xx.2020-ci il tarixdə verilmiş AM seriyalı, 011593 nömrəli və Cavabdeh4 xx.xx.2020-ci il tarixdə verilmiş AM seriyalı, 011701 nömrəli şəhadatnamələrinin etibarsız hesab edilməsi və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixdə Şəki rayon Daşüz bələdiyyəsi ilə Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsinin və xx.xx.2020-ci il tarixdə Şəki rayon Daşüz bələdiyyəsi ilə Cavabdeh3 ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşüz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 09 nömrəli iclas aktlarına İddiaçındə inzibati nəzarət qaydasında baxılarkən həmin aktların qanuna zidd olduğu müəyyən edilmiş və aktların ləğv edilməsi barədə bələdiyyəyə 307-Ş saylı xx.xx.2020-ci il tarixli təklif məktubu göndərilmiş və bələdiyyə tərəfindən həmin məktub təmin edilmişdir. Təklif məktubunun təmin edilməsi ilə bələdiyyə, xx.xx.2020-ci il tarixli, 09 nömrəli iclasında qəbul etdiyi qərarları ləğv etmişdir. Sözügedən qərarlar ləğv edildiyindən həmin qərarların nəticələri, icarəçilərlə bələdiyyə arasında bağlanan icarə müqavilələri, həmçinin müsabiqənin qaliblərinə verilmiş şəhadətnamələr də ləğv edilməlidir. İş üzrə sonuncu məhkəmə baxış iclası bu günə, yəni 04 oktyabr 2022-ci il tarixə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. 20 sentyabr 2022-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, idarənin hazırkı iddia ilə bağlı artıq hər hansı tələbinin qalmadığını, bu səbəbdən də iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının və cavabdehlər Cavabdeh1 və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddinın baxılmamış saxlanılması barədə ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsinin geri qaytarılaraq işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Digər cavabdehlər Cavabdeh1 və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi nümayəndələri məhkəmə iclasında iştirak etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçıya ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1na, Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq müsabiqəsinə dair iclasın qərarlarının və şəhadətnamələrin etibarsız hesab edilməsi və icarə müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-11/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-11/2022
04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver