Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1100/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz оğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC, “xxxx” MMC, Cavabdeh4 və ƏMDK yanında DƏDRX-nə qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dаir mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC, “xxxx” MMC, Cavabdeh4 və ƏMDK yanında DƏDRX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, e-2-2(117)-280/2021 qərardadı ilə İddiaçı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dair iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayon məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə qeyd edilən mülki iş MPM-nin 32.7-ci maddəsinin tələbləri baxımından məhkəmənin icraatına götürülmüş və məhkəmə iclası 21.06.2021-ci il tarixdə saat 9:30-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Lakin Şəki İcra və Probasiya Şöbəsi 21.06.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı müstəqil kiçik müsəssısəsinin cavabdehlər Respublika Xammal Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı uzrə Hərrac Mərkəzi MMC, “xxxx" MMC, Şəki rayonu uzrə icra və probasıya şöbəsi və ƏMDK yanında DƏDRX-nə qarşı hərracın yekunları barədə 34/01 nömrəli, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi barədə Şəkı Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Şəki rayonu üzrə icra və probasıya şobəsı cavabdeh kımı göstərilsə də şöbənin iddia tələbi ilə əlaqəsi yoxdur. Belə ki, əmlakın satılması barədə hərrac, hərrac təşkilatının yerləşdiyi yerdə, yəni ünvan 2 ünvanında keçirilmişdir. Əmlakın satışı üzrə hərracın keçirilməsində və alqı-satqı müqaviləsinin bağlanması prosesində Cavabdeh4 iştirakı olmamışdır. Ona görə də hesab edirik ki, işə Şəki Rayon Məhkəməsində baxılmasına nail olmaq məqsədi ilə Şəki rayonu uzrə icra və probasiya şöbəsi formal olaraq cavabdeh kimi göstərilmişdir. Göstərilənlərə əsasən iddiaçının qeyd edilən iddia tələbi uzrə şöbənin cavabdeh kimi işə cəlb edilməsinə etiraz etmişlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin tələb hissəsinə nəzər yetirdikdə aydın olur ki, iddia tələbi “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunmasına yönəlmişdir. Göründüyü kimi iş üzrə tələbin yönəldiyi cavabdehlər “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 3 ünvanı ünvan 4 Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pros, 31-dir. Bəlli olur ki, cavabdehlərin hər üçünün ünvanı Bakı şəhərindədir. İddiadan da göründüyü kimi iddia tələbi cavabdehlər kimi yalnız xxxx” MMC-nə, “xxxx” MMC-nə və ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı yönəlmiş, lakin Cavabdeh4nə qarşı hər hansı tələb yönəlməmişdir. Yəni qanunvericiliyin mənasına görə cavabdeh hər hansı iddiaya cavab verməli olan şəxsdir. İddia tələbindən də aydın olur ki, Cavabdeh4 iddiaya cavab verməli olan şəxs deyil. Göründüyü kimi iddia tələbində Cavabdeh4 cavabdeh qismində göstərilsə də, onun iddia tələbi ilə hər hansı bir əlaqəsi yoxdur. Yəni iddiaçı Cavabdeh4 formal olaraq cavabdeh qismində qeyd etməklə iddiaya Şəki rayon məhkəməsində baxılmasına nail olmağa çalışmışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının tələbi “hərracın yekunları barədə protokolunun etibarsız edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” olduğundan məhkəmə hesab edir ki, Cavabdeh4 formal olaraq cavabdeh qismində işə cəlb edilmiş və iddiaçı tərəfindən ona qarşı hər hansı tələb ünvanlanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr il tarixli, 10 saylı QƏRARİ-nın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi İddiaçıı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Mülki iş materiallarını, həmçinin formal olaraq cavabdeh qismində cəlb edilmiş Cavabdeh4 etiraz ərizəsini nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki rayon Məhkəməsində deyil, cavabdehlərdən birinin ünvanı üzrə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlərdən “xxxx” MMC-nin hüquqi qeydiyyat ünvanı ünvan 10likаsı MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci mаddəsinə görə iş məhkəmədə bаxıldığı zаmаn оnun аidiyyət qаydаlаrının pоzulmаsı ilə icrааtа qəbul edildiyi аşkаr оlunаrsа, məhkəmə işi bаşqа məhkəmədə bаxılmаğа verir. Göründüyü kimi iş üzrə cavabdeh “xxxx” MMC-nin qeydiyyatda olduğu yer Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 117/8-dir. Оnа görə də mülki iş baxılması üçün bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 35.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə Qərаrа аldı: İddiаçı İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC, “xxxx” MMC, Cavabdeh4 və ƏMDK yanında DƏDRX-nə qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn оnun təqdim оlunduğu (аlındığı) gündən 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1100/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1100/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver