Məhkəmə qərarları › İş №2(075)-1114/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1114/2020

20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1114/2020 20.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat maddi və 1000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindəniddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat maddi və 1000 manat mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etsə də, ərizəsində ərizənin verildiyi məhkəmənin adını və hüquqi ünvanını qeyd etməməklə iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Bundan başqa iddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı tələb etdiyi iddia həcminin ümumi dəyəri 500 manatdan yuxarı olmasına baxmayaraq 30 manat dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İşə əlavə olunmuş Şəki Rayon Məhkəməsinin 2(075)-588/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı hazırda qaldırdığı tələbə baxılmış və iddia qismən təmin edilmişdir. Hazırkı iddia tələbi icraata götürüldüyü halda belə MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilə bilər. Odur ki, iddiaçıya Şəki Rayon Məhkəməsinin 2(075)-588/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsindən narazı qaldığı halda qanunla müəyyən edilmiş qaydada və məbləğdə 15 manat dövlət rüsumu ödəməklə apelyasiya şikayəti vermək hüququ izah olunur. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar