Məhkəmə qərarları › İş №2(075)-1142/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1142/2020

21.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1142/2020 21.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 və Cavabdeh2 qarşı «çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən eyni tarixli icra vərəqəsi əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxxxxxx 2018ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunaraq və Şəki şəhəri, M.F.Axundov prospekti 72 ünvanda yerləşən qeyri-yaşayış binasının hüquqmüəyyənedici sənədlərinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiası təmin olunacağı təqdirdə daşınmaz əmlakın adına qeydiyyata alınması üçün rüsum və 300 manat xidmət haqqının Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ona və digər cavabdehlər X3 və, X6 qarşı iddiası təmin edilərək Cavabdeh2 mülkiyyətində olan X13 5224 nömrəli, xx xxxxxx 2012-ci il tarixli Arayışına və AR İİN DƏİOÖD DƏHFSS haqqında Şəhadətnaməsinə əsasən, Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının hər birinə ½ hissə olmaqla X9 ilə X3 və X10 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 4Ə-2/1257 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, X1 həmin müqavilə əsasında Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201.3 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ona məxsus ½ hissəsini İddiaçı əvəzsiz olaraq bağışlaması barədə xx xxxxxxxx 2013-cü il tarixli müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilələr əsasında X1 adına ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX seriyalı ******* saylı, X4 adına verilmiş RX seriyalı ******* saylı və İddiaçı adına verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışlar ləğv edilmiş, Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası əvvəlki vəziyyətə gətirilməklə boşaldılaraq Cavabdeh2 sərəncamına və mülkiyyətinə geri qaytarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 adına ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək iddia rədd edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qüvvədə olmadığından həmin qətnamə əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da ləğv edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X13 nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Bundan sonra Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixdə yenidən məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X13 nümayəndəsi və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-1347/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X2, X6, X4 vərəsəsi X7, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı X5rşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh2 mülkiyyətində olan X13 5224 nömrəli, xx xxxxxx 2012-ci il tarixli Arayışına və AR İİN DƏİOÖD DƏHFSS haqqında Şəhadətnaməsinə əsasən, Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının hər birinə ½ hissə olmaqlaX9 ilə X3 və X10 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 4Ə-2/1257 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, X1 həmin müqavilə əsasında Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201.3 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ona məxsus ½ hissəsini İddiaçı əvəzsiz olaraq bağışlaması barədə xx xxxxxxxx 2013-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında X1 adına ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX seriyalı ******* saylı, X4 adına verilmiş RX seriyalı ******* saylı və İddiaçı adına verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi, Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməklə boşaldılaraq Cavabdeh2 sərəncamına və mülkiyyətinə geri qaytarılması qət edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X15 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsas: Şəki Rayon Məhkəməsinin 2(075)-1347/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsi. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2718/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1347/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2753/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2718/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2221/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1347/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək iddiaçı Cavabdeh2 cavabdehlər X2, X6, X4 vərəsəsi X7, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı X5rşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8007/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2221/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X12 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Göründüyü kimi mübahisələndirilən xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Şəki Rayon Məhkəməsinin 2(075)-1347/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2221/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Odur ki, xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş icra vərəqəsi qüvvəsini itirdiyindən həmin icra vərəqəsi əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. İddiaçı iddiası təmin olunacağı təqdirdə daşınmaz əmlakın adına qeydiyyata alınması üçün rüsum və 300 manat xidmət haqqının Cavabdeh2 alınaraq ona verilməsini xahiş etsə də, iddiaçı tərəfindən daşınmaz əmlakın adına qeydiyyata alınması üçün həmin məbləğdə rüsum və xidmət haqqının tutulmalı olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-ci il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyinə görə 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar