Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-118/2021 12.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz оğlunun sədrliyi, X3 kаtibliyi, İddiaçı X2 nümayəndəsi X5, Cavabdeh X4 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X6 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, reyetr nömrəsi **********02-10301 olan ********** qeydiyyat nömrəli çıxarışın “0,1494 hektar torpaq sahəsinin ümumi birgə X7 adına qeydiyyata alınması hissəsində" ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi X17 izahat verərək göstərmişdir ki, iddiaçı, X20 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. X20 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət Mərkəzində’’ Notariat ofisi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı X9 mərhum əri X8 qalmış miras əmlaka münasibətdə tam şəkildə onun birinci dərəcəli vərəsəsidir. X20 iddiaçıdan əvvəl X13 ilə ailə qurmuş, lakin onların münasibətləri pozulduğundan sonradan ayrılmışlar. Bundan sonra X20 ilə X4 bir-birilərinə qarşı olan iddia tələbləri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli, 2- 229/2005 nömrəli qətnaməsinə əsasən Şəki rayonu, Qoxmuq kəndində yerləşən X10 adına olan bir otaqdan ibarət ev eninə bərabər iki hissəyə bölünməsi, otağın sağ tərəfindəki giriş-çıxış qapısının açılması, qarşıdakı açıq eyvana sağ tərəfdən pilləkən qoyulması, evin sol tərəfindən qalan hissəsinə yola giriş-çıxış üçün həyətin alt tərəfdən qapı açılması, ümumi torpaq sahəsi evin bölgüsünə uyğun olaraq bərabər bölünməklə evin sağ tərəfdən giriş-çıxış qapısı olan 1/2 hissə X7 və evin sol tərəfindən olan 1/2 hissə X10 mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmçinin, Şəki Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli, 2-276/2005 nömrəli qətnaməsinə əsasən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən X20 ilə X7 ümumi mülkiyyətlərində olan 0,46 hektar torpaq sahəsinin bərabər bölünərək 0,23 hektar sahəsinin X7 mülkiyyətinə verilməsi qərara alınmışdır. Bundan başqa Şəki Rayon Məhkəməsinin xx xxxx 2005-cı il tarixli, 2-250/2005 nömrəli qətnaməsinə əsasən X8 ******* manat hazırki pulla 349 manat məbləğində əmlak və yaxud dəyəri alınaraq X11 verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin hər üç qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində həmin qətnamələrin icrası zamanı X20 ilə X7 xx xxxxxxxx 2005-ci il tarixdə gəldikləri qarşılıqlı razılıqlarına əsasən X20 tərəfindən X11 xx xxxxxxxx 2005-ci il tarixdə 2000 ABŞ dolları pul verilmiş və həmin pulun müqabilində X18 qeyd edilən qətnamələr əsasında ona düşən ev və torpaq payından, həmçinin 349 manat puldan imtina etmiş, bununla bağlı X18 tərəfindən Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə notarial qaydada təsdiq edilmiş ərizə verilmişdir. Göründüyü kimi Şəki rayonu, Qoxmuq kəndində yerləşən bir otaqdan ibarət ev X10 adına olmuş və həmin evdən X11 ½ hissənin verilməsi barədə Şəki Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli, 2-229/2005 nömrəli qətnaməsi üzrə X18 tələbindən imtina etmişdir. Lakin əsassız olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, reyetr nömrəsi **********02-10301 olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndində yerləşən 0,1494 hektar torpaq sahəsi ümumi birgə və həmin torpaq sahəsində yerləşən 38,2 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tam X10 və 0,1494 hektar torpaq sahəsi ümumi birgə X7 adlarına qeydiyyata alınmışdır. Halbuki, həmin torpaq sahəsi ilə bağlı X7 hər hansı bir hüququ qalmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı X2 digər nümayəndəsi X1 Asim Məmmədəli oğlunun izahatına oxşar eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında cavabdeh X13 izahat verərək göstərdi ki, o, əvvəllər X20 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Daha sonra isə münasibətləri uyğun gəlmədiyindən boşanmışlar. Məhkəmə qətnamələri ilə X14 məxsus fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ona düşən hissəsinin ona verilməsi qət edilmişdir. Lakin o X20 ilə razılığa gəldiyindən böyük qaynı ona 2000 ABŞ dolları məbləğində pul vermişdir. Rizvan isə ona hər hansı pul məbləği verməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli, 2-229/2005 nömrəli qətnaməsi üzrə tələbdən imtina barədə ərizədən xəbəri yoxdur. Lakin Rizvanın nümayəndəsi təxminən qətnamə çıxahdan 1-2 ay sonra onun işlədiyi yerə gələrək ona bir-neçə ərizəyə qol çəkməsini xahiş etmiş, o da həmin ərizələrə imza etmişdir. Lakin o hansı ərizəyə imza etməsini xatırlamır. Həmin vaxt ona demişlər ki, fərdi yaşayış evində onu payı yoxdur. Lakin hal-hazırda həmin torpaq sahəsinin ona düşən hissəsinin və ya onun dəyərinin ona verilməsini istəyir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əvvəlki Məhkəmə iclasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X12 oğlu izahat verərək göstərmişdir ki, 2020-ci ildə idarəyə fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı müraciət edilmiş. Həmin müraciət əsasında Şəki rayonu Qoxmuq kəndində yerləşən ümumi sahəsi 38,2 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə X14 məxsus olması və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə X14 və X6 məxsus olması barədə xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Hesab etmişdir ki, çıxarış əsaslıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2-229/2005 saylı qətnaməsinin surətindən görünür ki, Şəki rayonunun Qoxmuq kəndində yerləşən X10 adına olan bır otaqdan ibarət evin eninə bərabər iki hissəyə bölünməsi, otağın sağ tərəfindəki pəncərdən giriş-çıxış qapısının açılması, qarşıdakı açıq eyvana sağ tərəfdən pilləkən qoyulması, evin sol tərəfində qalan hissəsinə yola giriş-çıxış üçün həyətin alt tərəfindən qapı açılması, ümumi torpaq sahəsinin evin bölgüsünə uyğun olaraq bərabər bölünməklə, evin sağ tərəfindən giriş-çıxış qapısı olan 1/2 hissənin X7 və evin sol tərəfində olan ½ hissənin X10 mülkiyyətinə verilməsi qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx.xx.2020ci il tarixli, **********02+10301 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən ümumi sahəsi 38,2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət üzrə X14 və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə X14 və X6 məxsusdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1849/1 nömrəli arayışdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-229 saylı icra sənədinə əsasən Şəki rayonu Qoxmuq kəndində yerləşən X10 adına olan bir otaqdan ibarət ev eninə barəbər iki hissəyə bölünməllidir. Bölgüyə uyğun evə pilləkən qoyulmalı, həyətin alt tərəfindən qapı açılmalıdır. Bununla yanaşı icraatda borclu Rizvan Xalıqovdan 1745 manat dəyərində əmlakın və ya onun dəyərinin alınıb tələbkar Mirvari Xalıqovaya verilməsi barədə, habelə qarasov adlanan yerdə yerləşən 0.46 ha torpaq sahəsinin yarısının tələbkara verilməsi barədə icra işləri olmuşdur. Bildirilmişdir ki, tələbkar Miraviri Xalıqova ilə borclu Rizvan Sadıqov arasında qarşılıqlı razılaşma olmuş və tələbkar notarial qaydada təsdiq edilmiş ərizə ilə şöbəyə müraciət edərək hər üç tələbindən tam şəkildə imtina etmişdir. Razılaşmaya əsasən tələbkar Mirvari Xalıqova borclu Rizvan Xalıqovdan 2000 (iki min) ABŞ dolları almışdır. Bu barədə tərəflərin iştirakı ilə müvafiq qaydada akt tərtib edilmişdir. Göstərilənlərə əsasən icra sənədi xx.xx.2005-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2005-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, razılaşmaya əsasən tələbkar Mirvari Xalıqova məhkəmə qətnaməsi əsasında ona verilmiş ev bölgüsündən və ******* manat dəyəri olan əmlakdan imtina etmiş və əvəzinə isə borclu Rizvan Xalıqovdan 2000 (iki min) ABŞ dolları almışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icrааtа xitаm verilir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarının İİİ bölməsinin İ bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, 31.1.4-ci bəndinə əsasən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX Ərazi İdarələri inzibati orqan hesab edilir. Göründüyü kimi mübahisə predmeti olan xx xxxx 2020-ci il tarixli, reyetr nömrəsi **********02-10301 olan ********** qeydiyyat nömrəli çıxarış tərəflər arasında bağlanmış hər hansı müqavilədən irəli gələn münasibətlər əsasında yox, Şəki Rayon Aqrar İslahatlar Komissiyasının xx.xx.1997-ci il tarixli, 41 saylı qərarı əsasında birbaşa ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilən çıxarışdır. Buna görə də həm Şəki Rayon Aqrar İslahatlar Komissiyası, həm də ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi ibzibati orqan olduqlarından iddiaçı hazırki tələb ilə Şəki Rayon Məhkəməsinə yox, Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Məhkəmə həmçinin tərəflərin diqqətinə çatdırır ki, yuxarıda istinad edilən qətnamə üzrə fərdi yaşayış evi və 0.46 ha torpaq sahəsi mübahisə predmeti olmuş və məhkəmə qətnaməsi də elə həmin əmlakların bölgüsünü nəzərəd tutmuşdur. Şəki Rayon Aqrar İslahatlar Komissiyasının xx.xx.1997-ci il tarixli, 41 saylı qərarı əsasında fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 1300 kv/m torpaq sahəsi həmin qətnamə üzrə mübahisə predmeti olmamışdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.1, 263-264, 266- 268-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə Qərаrа аldı: İddiaçı X2 cavabdehlər X6 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icrааtınа xitаm verilsin. Qərаrdаddаn, surəti rəsmi qаydаdа verildikdən sоnrа 10 gün müddətində Şəki rаyоn məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-118/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-118/2021
12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver