Məhkəmə qərarları › İş №2(075)-1183/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1183/2020

10.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1183/2020 10.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “kredit borcu üzrə restrukturizasiya tətbiq etməklə güzəşt müqaviləsinin bağlanması və icra sənədi üzrə tutulmanın dayandırılması”tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4809,73 manat qalıq kredit borcuna restrukturizasiya tətbiq edilməklə Cavabdeh1 ASC ilə aralarında güzəşt müqaviləsinin bağlanması və Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)- 2460/2016 saylı icra vərəqəsi üzrə zaminlərin əmək haqqı və pensiyasından tutulmaların dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddiaçı iddia ərizəsindən görünür ki, iddia tələbi hüquqi şəxs olan Cavabdeh1 ASCnə və formal olaraq cavabdeh qismində qeyd edilmiş Cavabdeh2nə yönəlmişdir. Cavabdeh1 ASC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Xəqani küçəsi, 21-dir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi Cavabdeh1 ASC hüquqi şəxsdir və onun hüquqi ünvanı Bakı şəhəri, Xəqani küçəsi, 21-dir. Cavabdeh1 ASC-nin Şəki flialı onun törəmə müəssisəsidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar da həmçinin müəssisənin yəni,Cavabdeh1 ASC-nin ünvanının olduğu yerə görə verilir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ASC ilə yanaşı Cavabdeh2 formal olaraq cavabdeh qismində cəlb etməklə işə Şəki rayon məhkəməsində baxılmasına nail olmağa çalışmışdır. İddia tələbindən də göründüyü kimi Cavabdeh2nə qarşı yönələn tələb “Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-2460/2016 saylı icra vərəqəsi üzrə zaminlərin əmək haqqı və pensiyasından tutulmaların dayandırılması” ilə bağlı formal tələbdən ibarətdir ki, tələbin qeyd edilən hissəsinə iddia icraatında baxılması yol verilməzdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, İddiaçı bundan əvvəl də, yəni xx xxxxxx 2020ci il tarixdə eyni tələbi üzrə Cavabdeh1 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəllənin 31.2, 36.11, 36.13-cü maddələrinin tələbləri əsasında iddiası qəbul edilmədiyindən və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əməl olunmadığından şikayətlənərək Prezidentin Fərmanını tətbiq edərək xx.xx.2014-cü il tarixli, 034CASA143030014 saylı mövcud olan kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-607/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 ASC-nə qarşı “kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Lakin bundan sonra yəni, xx xxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə vəsatət göndərərək, iddia ərizəsinin dolayı yollarla rədd edilməsini deyil, aidiyyəti üzrə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-607/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 ASC-nə qarşı “kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə İddiaçı verdiyi vəsatəti də onun özünə geri qaytarılmışdır. Məhkəmənin qeyd edilən qərardadları ilə razılaşmayan iddiaçı xx xxxxx 2020-ci il tarixdə məhkəməyə şikayət verərək, xx xxxx 2020-ci il tarixli, 2(075)-607/2020 saylı və xx xxxx 2020-ci il tarixli, 2(075)-607/2020 saylı qərardadlarının ləğv edilərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra Şəki rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(075)-607/2020 saylı qərardadları ilə İddiaçı Cavabdeh1 ASC-nə qarşı “kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə iddiaçının Şəki rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-607/2020 saylı qərardadından verdiyi şikayət geri qaytarılmış, Şəki rаyоn məhkəməsinin 2(075)-607/2020 nömrəli, xx xxxx 2020-ci il tаrixli qərаrdаdındаn şikayəti isə işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(107)-1128/2020 saylı qərardadı ilə iş üzrə Şəki rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-607/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bütün yuxarıda şərh edilənlərə əsasən iddia ərizəsi Cavabdeh1 ASC-nin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci madəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “kredit borcu üzrə restrukturizasiya tətbiq etməklə güzəşt müqaviləsinin bağlanması və icra sənədi üzrə tutulmanın dayandırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar