Məhkəmə qərarları › İş №2(075)-1192/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1192/2020

07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1192/2020 07.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kreditlərin həlli tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ASC-də problemli kreditlərinin cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və problemli kreditlərini Cavabdeh ASC tərəfindən cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddiaçı onun Cavabdeh ASC-də problemli kreditlərinin cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və problemli kreditlərini Cavabdeh ASC tərəfindən cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunmasını xahiş etsə də, Cavabdeh ASC-nin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 42 olduğu müəyyən edilir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı olaraq müvafiq rayon məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Ona görə də iddia ərizəsi Cavabdeh ASC-nin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kreditlərin həlli tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar