Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1201/2021 11.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və evdən çıxarılma» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri, X4 küçəsi, dalan 9 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə Cavabdeh tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi və onun mülkiyyətində olan əmlakdan Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 01 iyun 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 25 iyun 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, mərhum atası X2 ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 25 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ilk iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X4 küçəsi, dalan 9 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi onun adına reyestrdə dövlət qeydiyyatına alınmışdır. Mülkiyyətində olan həmin fərdi yaşayış evi ilə bağlı texniki pasport işlənilmiş və mülkiyyətinin hüdudları müəyyən edilmişdir. Lakin mülkiyyətində olan həmin əmlakdan istifadə etməyinə iş üzrə Cavabdeh maneəçilik yaradır. Cavabdeh tərəfindən edilmiş maneələrə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi ona məxsusdur. İşin bu faktiki halı ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasına dair hüquq müəyyənedici sənədlər vardır. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir və bununla bağlı cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə mülkiyyətində olan əmlakdan istifadə etməyi ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsini tələb etmək hüququ vardır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ona qarşı qaldırdığı «müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Lakin Cavabdeh 11 avqust 2021-ci il tarixdə ərizə göndərərək göstərmişdir ki, iddiaçının iddia etdiyi evdə anadan olandan yaşayır. Onun həmin evdə istifadə və yaşama hüququ vardır. Bununla bağlı ayrıca iddia qaldıracaqdır. Odur ki, hazırda qarşılıqlı iddia ərizəsini müdafiə etmir. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin, əvvəlki məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Mübahisəli evdə doğulub böyümüşdür və mübahisəli ev onun ata-baba mülküdür. Atası sağlığında evi bölmüş, hərəyə öz payını vermişdir. Həmin paydan da iddiaçıya evin bir hissəsi və aynabənd düşmüşdür. İddiaçının adına qeydə alınmış reyestrdən çıxarış iddia etdiyi kimi bütün ev sahəsini əhatə etmir. Atası sağlığında iddiaçıya əmlakın bir hisəsini bağışlayarkən evin bir hissəsi və həyətyanı torpaq sahəsindən onun payında bir hissə qalmışdır. Həyətyanı torpaq sahəsi onun adına **********87 saylı reyestr nömrə ilə qeydiyyat keçmişdir. Lakin iddiaçı iddia edir ki, guya atası bütün evi qardaşına bağışlamış və hətta həmin torpaq sahəsi də qardaşına məxsus çıxarışa qatılmışdır. Sonradan DƏDRX-ə müraciət etmiş, iddiaçıya məxsus çıxarışdan onun payı çıxarılmışdır. İddiaçı atasının yaşlılığından istifadə edərək ona sənədləri imzalatmışdır. Hazırda iddiaçının iddia etdiyi aynabənddə anası onunla birlikdə yaşayır. Həmin evdən çıxmaq fikri yoxdur. Çünki atası evi faktiki olaraq bölmüş, hamısını qardaşına bağışlamamışdır. Onun da ata mirasında payı var. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 25 yanvar 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında 0.1741 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında 0.0764 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 17 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, X4 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 18 may 2018-ci il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 17 iyul 2019-cu il tarixdə verilmiş **********87 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, X4 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinə baxış zamanı aydın oldu ki, Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında 0.0764 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı istifadəsindədir və onun adına qeydiyyatdadır. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən mülkiyyətçinin istifadəsinə maneələr yaradır. İşin qeyd edilən halları işdə olan sənədlərlə tam təsdiq edilir. İddiaçı məhkəmədə iddia qaldıraraq fərdi yaşayış evindən istifadəsinə cavabdeh tərəfindən yaradıla biləcək hər hansı maneələrin qadağan edilməsini və onun evdən çıxarılmasını tələb edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia tələbi qismən olunmalı, qarşılıqlı iddia ərizəsi ilə baxılmamış saxlanılmalıdır. Məhkəmə ilk iddia tələbinin maneələrin aradan qaldırılması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikasının MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi iddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan fərdi yaşayış evindən cavabdehin təqsiri ucbatından maneəsiz istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin fərdi yaşayış evində yaşamasıdır. Fərdi yaşayış evi iddiaçının olmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən onun mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evi cavabdehin və ya digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh özü də atası tərəfindən iddiaçıya bütün əmlakın verilmədiyini əsas gətirərək iddiaçının mülkiyyətində olan əmlakda yaşadığını etiraf etmişdir. Odur ki, iddiaçı Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında 0.0764 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin ona qadağan edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə ilk iddia tələbinin evdən çıxarılma hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbayan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. Bu baxımdan Şəki şəhəri, X4 küçəsi, dalan 9, ev 3 ünvanında 0.0764 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına olsa da Cavabdeh həmin fərdi yaşayış evindən gələcəkdə “gözlənilən” mülkiyyət hüququ vardır. Beləliklə Cavabdeh “mülkiyyət hüququ gözlənilən” şəxs olmaqla o, həmin fərdi yaşayış evindən qanunsuz olaraq çıxarıla bilməz. Şərh edilənlərə əsasən ilk iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən İddiaçı istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması ona qadağan edilməli, əsassız olduğundan ilk iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən İddiaçı istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «mərhum atası X2 ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadı nəzərə alınsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1201/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1201/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver