Məhkəmə qərarları › İş №2(107)-1866/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1866/2021

16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1866/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və evdən çıxarılma» tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(075)1201/2021 nömrəli qarşılıqlı iddia ərizəsinin baxılması saxlanılması haqqında qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri X4 küçəsi dalan 9 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə Cavabdeh tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi və onun mülkiyyətində olan əmlakdan Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 01 iyun 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 25 iyun 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, mərhum atası X1 ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 25 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən İddiaçı istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı «mərhum atası X1 ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2021ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadı nəzərə alınması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı «mərhum atası X1 ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş 14 fevral 2018ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 saylı qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadından narazı qalmış, onun şikayəti 23 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qarşılıqlı iddia tələbi üzrə iddiaya da mahiyyəti üzrə baxılaraq qarşılıqlı iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(075)-1201/2021 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı «mərhum atası X1 ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı onun rəsmi qaydada razılığı alınmamışdır. O, həmin qarşılıqlı iddianın baxılmamış saxlanılmasına etiraz edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(075)-1201/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 11 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçının iddia etdiyi evdə anadan olandan yaşayır. Hesab edir ki, onun həmin evdə istifadə və yaşama hüququ vardır. Bununla bağlı ayrıca iddia qaldıracaqdır. Odur ki, hazırda qarşılıqlı iddia ərizəsini müdafiə etmir. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə məhkəmə iclasında qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı şikayət ərizəsində qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı onun rəsmi qaydada razılığının alınmadığını bildirsə də, qanunvericilikdə cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi barədə rəsmi razılığın alınması tələbi yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, bütün məhkəmə iclasları videoçəkiliş vasitəsilə aparılır. Məhkəmə iclasının videoçəkilişinə nəzər yetirdikdə görünür ki, sədrlik edən tərəfindən bir neçə dəfə İddiaçı qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olub-olmaması soruşulmuş, sonuncu qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmişdir. Mülki işin 87-88-ci vərəqlərində olan 11 avqust 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq İddiaçı cavabdehin qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını, qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin qarşılıqlı iddia ərizəsinin baxılması saxlanılması haqqında 11 avqust 2021-ci il tarixli 2(075)1201/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar