Məhkəmə qərarları › İş №2(075)-1210/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1210/2020

01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1210/2020 01.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisi və “xxxxxxxxxxxx” ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “Asan xidmət" mərkəzində notariat ofisi tərəfindən aparılmış xx xxxx 2020-ci il tarixli 8İ- 7470 № reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki,X10 ilə “xxxxxxxxxxxx” ASC-nin Şəki filialı arasında xx xxxx 2015-ci il tarixdə ASC-nin Kreditləşmə və Xidmət Şərtləri imzalanmış və həmin tarixdə RF/53523/52/13 nömrəli Kredit sazişi bağlanmışdır. Həmin sazişə görə M.İsmayılova 60 ay müddətinə illik 25,5 faiz olmaqla 12829 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit sazişinə 1 nömrəli əlavəyə görə M.İsmayılov əsas borc və faizlər daxil olmaqla ümumilikdə 22597,19 ABŞ dolları ödəməli olmuşdur. Kredit sazişində zaminlik müddəti və digər şərtlər göstərilməmişdir.Kredit sazişində 10000 (on min) ABŞ dolları dəyərində biznes avadanlığı girov predmeti olaraq göstərilmiş, həmçinin o və X12 zamin kimi qeyd edilmişlər. X16 Şəki rayonu Böyük Dəhnə kənd İnzibati ərazi dairə üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ№863950 nömrəli ölüm haqqında şəhadətnaməyə görə 2017-ci ilin mart ayının 3-də vəfat etmişdir. X16 müqavilə tələblərini, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbləri - kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən Kreditor həmin öhdəliyin icra edilməsi üçün Murad İsmayılovdan kreditin və ona hesablanmış faiz borcunun qaytarılması tələbi ilə məhkəmə əmrinin verilməsinə dair Şəki Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxx 2017-ci il tarixli, 2(075)-2664/2017 nömrəli məhkəmə əmri ilə M.İsmayılovdan 12729,45 ABŞ dolları məbləğində əsas kredit borcu və 4808,71 ABŞ dolları faiz borcu olmaqla cəmi 17538,16 ABŞ dolları borcun məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb “xxxxxxxxxxxx” ASC- nin xeyrinə verilməsi əmri verilmişdir. Həmin məhkəmə əmrində qeyd olunan əsas borcdan görünür ki, X16 kredit sazişi bağlanıldığı gündən- 2015-ci ilin iyul ayının 23, 2017-ci ilin mart ayının 3-dək öldüyü günədək- eləcədə ondan sonrakı dövrlərdə 3 ildən artıq müddətdə kredit borcu üzrə öhdəlik ümumiyyətlə yerinə yetirlməmiş, kreditor tərəfindən bu müddət ərzində iddia tələbi verilməmişdir. Borclunun vəfat etməsinə baxmayaraq “xxxxxxxxxxxx” ASC tərəfindən bu vaxtadək heç bir hərəkət edilməmiş, girov predmeti ilə maraqlanmamış, vərəsələrlə işləməmiş, eləcə də X16un vərəsələri oğlu Vahid İsmayılov (arvadı, oğlu və qızı) ölənin borcları onlara məlum olduğundan mirasın açılması barədə miras qoyanın kreditoruna (xxxxxxxxxxxx ASC-nə) məlumat verməyə borclu olduqları üçün Mülki Məcəllənin 1309-cu maddəsinin tələblərinə uyğun olaraq deməsinə görə ölüm haqqında şəhadətnaməni şəxsən özü “xxxxxxxxxxxx”ya və icra şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər iizrə - üç il iddia müddəti nəzərdə tutulmuşdur ki, “xxxxxxxxxxxx" ASC iddia üçün bu müddəti keçirmişdir. X16 2015-ci ilin iyul ayının 23-dən 2017-ci ilin mart ayının 3-dək, yəni öldüyü günədək nə özü və ondan sonra da vərəsələri vaxtaşırı icra edilməli öhdəlikləri yerinə yetirməmişdir ki, bununla əlaqədar qeyd olunan 3 il müddət (2015-ci ilin iyul ayının 23-dən hesablasaq 4 il 11 ay 15 gün) bitmişdir ki, icra qeydinin aparılması, eləcədə iddia tələbi üzrə müddət keçirilmişdir. İcra qeydinin aparılması üçün iddia tələbinin müddəti keçdikdən xeyli müddət sonra xx.xx.2020-ci il tarixdə notarius tərəfindən icra qeydləri açılmışdır. Göründüyü kimi Şəki regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X13 tərəfindən “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarın deyil, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Lakin İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Şəki regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X13 borcun ödənilməsi barədə zaminlər İddiaçı və X8 yazılı bildiriş göndərməmiş, borclu hesab edilən zaminlərin hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(075)-2664/2017 nömrəli məhkəmə əmri olduğu halda eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X14 izahat verərək göstərdi ki, iddia tələbi hazırkı vəziyyətdə icraata qəbul edilib baxıla bilməz. Belə ki, qanunvericilikdə "icra qeydinin ləğvi" deyilən anlayış yoxdur. İcra qeydinin hüquqi statusu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi” mümkün olsa belə icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İndiki halda isə iddiaçı sadəcə Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Borclu hesab edə bilər ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşıdır, notariusa və ya icra qeydinə aidiyyatı yoxdur. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməli idi. Məhz onda onun həmin tələbi məhkəmə baxışının predmeti ola bilərdi. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraqməhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan “xxxxxxxxxxxx” ASC ilə X10 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, RF/53523/52/13 nömrəli kredit sazişindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən X6 60 ay müddətinə illik 25 faiz şərti ilə 12829 ABŞ dolları kredit verilmişdir. Zaminlər İddiaçı və X1 Murad Veysəl oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-2664/2017 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1948-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində andan olmuş, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan X4 12729.45 ABŞ dolları məbləğində əsas kredit borcu, 4808.71 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17538.16 ABŞ dolları borc məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumu xərcinin alınıb “xxxxxxxxxxxx” ASCnin xeyrinə verilməsi əmr edilmişdir. İşdə olan AZ-İ 863950 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 8İ-7470 reyestr nömrəli icra qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xüsusi notariusu X13 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1069. Bakı şəhəri Nərimanov rayonu. X18, ev 42 ünvanında yerləşən “xxxxxxxxxxxxxxx" ASC xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı (AZE0*******, xx.xx.2005-Şəki) müddət üçün vaxtında ödənilməmiş 17538 ABŞ Dollar 16 sent (on yeddi min beş yüz otuz səkkiz ABŞ Dolları on altı sent) tutulsun. Bundan əlavə təklif emişdir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq), 17538 ABŞ Dolları 16 sent (on yeddi min beş yüz otuz səkkiz ABŞ Dollar on altı sent) pul tutulsun. Həmin icra qeydi xx.xx.2020 tarixdə aparılmışdır. İddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Şəki regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən Təlimatın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə notariat ofisi borcun ödənilməsi barədə zamin İddiaçı yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdehndə təsdiq edilmiş, xx xxxx 2020- ci il tarixli, 8İ-7470 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdehndə təsdiq edilmiş, xx xxxx 2020- ci il tarixli, 8İ-7470 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar