Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1216/2020 29.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı olmaqla, müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin iddiası üzrə cavabdeh İddiaçı, Cavabdeh2, müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» və müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 90000 manat maddi ziyan və 15000 manat mənəvi ziyan, həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi, cavabdehin həmin ünvandan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Cəfərabad kəndində onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin sökülməsi, həmin daşınmaz əmlakdan istifadəyə yaranmış hər hansı maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh2 cavabdeh, Şəki rayonu Cəfərabad bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. xx xxxxxxxx 2020-ci il tаrixdə Şəki rayonu Cəfərabad bələdiyyəsi cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmаsı və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürməsi bаrədə ərizəsini məhkəməyə göndərərək, Şəki rayonu Cəfərabad kəndində yerləşən və Şəki rayonu Cəfərabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsinə çəkilmiş hasarın və çöl qapının sökülərək Şəki rayonu Cəfərabad bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki rayonu Cəfərabad bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi Azərbaycan Respublikasının MPM-nin 55-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Şəki rayonu Cəfərabad bələdiyyəsi müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Lakin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmiş və orada qanunsuz tikili inşa edilmişdir. Hazırda da cavabdehlər ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edirlər. Cavabdehlər bunu bildikləri halda həmin torpaq sahəsindən çıxmırlar. O, dəfələrlə cavabdehlərə bu özbaşınalıqlarına son qoymalarını və torpaq sahəsindən çıxmalarını xahiş etsə də, sonuncular onun bu xahişini nəzərə almamışlar. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin ona və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddiasına münasibət bildirərək göstərdi ki, həqiqətən də iddia ərizəsində göstərilən və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Və məhkəmə tərəfindən çıxarılmasına etiraz etmir. Odur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin iddiasına münasibətdə qanuni qərar qəbu edilməsini xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Şəki rayonu Cəfərabad bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsi bələdiyyəyə məxsus olmasına baxmayaraq iddiaçı və cavabdehlər torpaqla bağlı mübahisə edirlər. Bu isə bələdiyyənin torpaq üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Ona görə də zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş hasarlar və çöl qapı sökülərək bələdiyyəyə təhvil verilməlidir. Bu səbəbdən də Şəki rayonu Cəfərabad bələdiyyəsi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddiasına münasibət bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, həqiqətən də o, İddiaçı və digər Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahəsinin bir hissəsi Şəki rayonu Cəfərabad bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahəsindən uzun müddət istifadə etmişlər. Əgər məhkəmə tərəfindən onların çıxarılmaları qanuni hesab edilərsə etiraz etmir. İddiaçı ona və digər Cavabdeh1 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» tələbinə münasibətdə qeyd etdi ki, iddiaçının mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 0.0097 ha hissəsində tərəflərindən tikili (hasar) inşa edilmişdir. Tikili (hasar) inşa edilərkən iddiaçı hər hansı etirazını bildirməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» və müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddia ərizələri əsaslıdır. Belə ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində 0.15 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətindədir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində 0.10 ha torpaq sahəsi Cavabdeh2 tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 411 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlərə əsasən, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışla İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində 0.15 ha torpaq sahəsinin inventar nömrəsi 92 olan Texniki Pasportunun plan hissəsində olan konturu əsasında şimal tərəfdən 0.0097 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə etdikləri torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsinin hüdudları xaricində onun faktiki istifadəsində 0.1372 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları xaricində onun faktiki istifadəsində 0.0486 ha torpaq sahəsi vardır ki, bunun 0.0389 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0097 ha hissəsi isə İddiaçı çıxarışla tam mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə aiddir. Tədqiqatın dəyərini təşkil edən 300 manat İddiaçı tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» və müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddiaları təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Cəfərabad kəndində 0.15 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Cəfərabad kəndində 0.10 ha torpaq sahəsi Cavabdeh2 tam mülkiyyətindədir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 411 saylı ekspert rəyi ilə hüquqmüəyyənedici sənədlərə əsasən, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışla İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində 0.15 ha torpaq sahəsinin inventar nömrəsi 92 olan Texniki Pasportunun plan hissəsində olan konturu əsasında şimal tərəfdən 0.0097 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə etdikləri torpaq sahəsinin daxilində yerləşdiyi, həmin torpaq sahəsinin hüdudları xaricində onun faktiki istifadəsində olan 0.1372 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları xaricində onun faktiki istifadəsində olan 0.0486 ha torpaq sahəsinin 0.0389 ha hissəsinin bələdiyyə mülkiyyətində, 0.0097 ha hissəsi isə İddiaçı çıxarışla tam mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. İddiaçı Şəki rayonu Cəfərabad kəndində yerləşən və xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsini, həmin daşınmaz əmlakdan istifadəyə yaranmış hər hansı maneələrin cavabdehə qadağan edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsi isə Şəki rayonu Cəfərabad kəndində yerləşən və Şəki rayonu Cəfərabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarını, həmin torpaq sahəsində çəkilmiş hasarın və çöl qapının sökülərək Şəki rayonu Cəfərabad bələdiyyəsinə təhvil verilməsini tələb edir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, mübashiə predmeti olan tikili İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsinin şimal tərəfdən 0.0097 ha hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə etdikləri torpaq sahəsinin daxilində yerləşir. Torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin istifadəsinə iddiaçı tərəfindən verilməmişdir. Bir sözlə, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsinə düşən tikili sökülməli və həmin daşınmaz əmlakdan istifadəyə yaranmış hər hansı maneələr cavabdehlərə qadağan edilməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Konstitusiyanın 13-cü maddəsinin İİ hissənə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X2 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, cavabdehlər İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsinin hüdudları xaricində onun faktiki istifadəsində olan 0.1372 ha torpaq sahəsi və Cavabdeh2 tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları xaricində onun faktiki istifadəsində olan 0.0486 ha torpaq sahəsinin 0.0389 ha hissəsi Şəki rayonu Cəfərabad bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin istifadəsinə verilməmiş, sonuncular bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən və bələdiyyənin konstitusion hüquqlarının pozulmasına gətirib çıxardığından cavabdehlər həmin torpaq sahələrindən çıxarılmalıdırlar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 0.0097 ha hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili (hasar) sökülməli, həmin daşınmaz əmlakdan istifadəyə yaranmış hər hansı maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddiası təmin edilməli, Şəki rayonu Cəfərabad kəndində yerləşən və Şəki rayonu Cəfərabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0.1372 ha hissəsindən cavabdeh İddiaçı, 0.0389 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla həmin torpaq sahəsində çəkilmiş hasar və çöl qapı sökülərək Şəki rayonu Cəfərabad bələdiyyəsinə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun 10 (on) manatı onun özünə aid edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı onun özünə aid edilməklə qalan 150 (bir yüz əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 0.0097 ha hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili (hasar) sökülsün. Həmin daşınmaz əmlakdan istifadəyə yaranmış hər hansı maneələr Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddiaçı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun 10 (on) manatı onun özünə aid edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmasının qərara alınması nəzərə alınsın. Müstəqil tələb irəli sürən üçüncü şəxs Şəki rayonu Cəfərabad bələdiyyəsinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın boşaldılması” tələbinə dair iddiası təmin edilsin. Şəki rayonu Cəfərabad kəndində yerləşən və Şəki rayonu Cəfərabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0.1372 ha hissəsindən İddiaçı, 0.0389 ha hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla həmin torpaq sahəsində çəkilmiş hasar və çöl qapı sökülərək Şəki rayonu Cəfərabad bələdiyyəsinə təhvil verilsin. Ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı İddiaçı özünə aid edilməklə qalan 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1216/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1216/2020
29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver