Məhkəmə qərarları › İş №2(075)-1339/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1339/2020

13.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin a
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1339/2020 13.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ HakimHacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və maddi zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə onlara məxsus olub, Şəki rayonu Oraban kəndində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi, Cavabdeh tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması, Cavabdeh tərəfindən vurulmuş 4200 manat məbləğində maddi və 5000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxxx 2020-ci il tarixə, saat 11:20-yə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsindən göründüyü kimi iddia İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərdi ki, Şəki rayonu Oraban kəndində yaşayır. Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 4.70 hektar torpaq sahəsinin verilməsi barədə xx xxxxxxxx 1999-cu il tarixli, JN-203 nömrəli (kod 40408038) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı tərtib edilmişdir. Lakin dövlət aktında onun və ailə üzvlərinin adı mexaniki olaraq yanlış qeyd edilmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etmədiyini bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxxxx 1999-cu il tarixli, JN-203 nömrəli (kod 40408038) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən Şəki rayonu Oraban kənd sakinləri X5, İddiaçılla oğlu, X1, X2, X3, X4, X6 və X14 ümumi birgə mülkiyyətlərinə 4.70 hektar torpaq sahəsi verilmişdir. Göründüyü kimi iddia ərizəsi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adları qeyd edilmiş birgə mülkiyyətçilərin hər biri tərəfindən deyil, onlardan biri İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə iddia ərizəsi bütün iddiaçılar tərəfindən imzalanmadığından MPM-nin müvafiq maddəsini rəhbər tutaraq həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qismində cəlb edilmələrini məqsədəmüvafiq hesab etmiş, bununla bağlı İddiaçı ilə dəqiqləşdirmə apararkən mülkiyyətçilərin hər birinin, o cümlədən iddiaçının adının səhv qeyd edilməsi aydın olmuşdur. Məhkəmə hesab edir ki, JN-203 nömrəli (kod 40408038) mülkiyyət sənədinin iddiaçı və onun ailə üzvlərinə məxsus olması müəyyən edilmədən hazırkı iddia tələbinə baxılması gələcəkdə iş üzrə yekun məhkəmə qərarının çıxarılmasına maneçilik törədə bilər. Ona görə də İddiaçı xx xxxxxxxx 1999-cu il tarixli, JN-203 nömrəli (kod 40408038) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında olan yanlışlığın aradan qaldırılması və həmin aktda adları qeyd edilmiş mülkiyyətçilərlə birlikdə göstərilən tələblə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.3, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və maddi zərər» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəmədə iddia qaldırıla bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar