Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1349/2020 21.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Taksi 4 X1” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30.40 (otuz manat, qırx qəpik) dövlət rüsumu, cəmi 1530,40 (bir min beş yüz otuz manat, qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh oğ.u xx.xx.2017-ci il tarixdə idarə etdiyi “VAZ 2106” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bül-bül prospekti ilə hərəkət edərkən “Taksi 4 X1” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri DYPŞ-nin TYP 132438 saylı İnzibati tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Taksi 4 X1” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1600 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 043377 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1600 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə 100 manat ödəniş etməsinə baxmayaraq daha sonra heç bir ödəniş etməmiş və əsassız bəhanələrlə borcun ödənilməsindən boyun qaçırır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, “Taksi 4 X1” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat, qırx qəpik) dövlət rüsumu, cəmi 1530,40 (bir min beş yüz otuz manat, qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Taksi 4 X1” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat, qırx qəpik) dövlət rüsumu, cəmi 1530,40 (bir min beş yüz otuz manat, qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1349/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1349/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver