Məhkəmə qərarları › İş №2(075)-1361/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1361/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1361/2020 03.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyya nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 201,31 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxxxxxxx» ASC-nə verilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh etiraz ərizəsi məhkəməyə daxil olmuş və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx.xx.2020-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. xx xxxxxxx 2020-ciil tarixdə iddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı subqroqasiya qaydasında vurulmuş ziyana görə ödənilmiş 201.31 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi AR MPM-nin 284-1 -284-6-cı maddələrə müvafiq olaraq kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmişdir. Cavabdehin ata adında yanlışlığa yol verilmişdir. Belə ki, Cavabdeh Müşviq qızı olduğu halda texniki səhv olaraq Cavabdeh yazılmışdır. Cavabdeh Müşviq qızının işdə də olan izahatından və inzibati xəta haqqında protokoldan göründüyü kimi, o ünvan 1 mənzil 12 ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh qarşı subroqasiya qaydasında verilmiş iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehisə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «xxxxxxxxx» ASC-nəizah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar