Məhkəmə qərarları › İş №2(075)-1411/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1411/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1411/2020 11.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanovCahidFehruzoğlu, İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında DSMF-nun Şəki Şöbəsinin müdiri T.Ə.Davudova qarşı“əyani oxuduğu təhsil illərinin pensiya təyin edilərkən ümumi əmək stajına daxil edilməsi”tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ali məktəbdə əyani oxuduğu 1971-1975-ci illər (cəmi 4 ili) ümumi əmək stajına daxil edilərək almadığı pensiya fərqinin (xx xxxxxx 2019-cu ildən-təxminən 280 manat məbləğində) ona ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.1.2 və 152.1.3-cü maddələri rəhbər tutularaq ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ali məktəbdə əyani oxuduğu 1971-1975-ci illər (cəmi 4 ili) ümumi əmək stajına daxil edilərək almadığı pensiya fərqinin (xx xxxxxx 2019-cu ildən-təxminən 280 manat məbləğində) ona ödənilməsini xahiş etsə də, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Bundan başqa Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarının 14.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək və X1 NazirliyininDövlət X3 və onun yerli bölmələri izibati orqan hesab edilir. Həmçinin işdə olan imtina məktubundan görünür ki, Əmək və X1 Nazirliyinin Dövlət X2 yerli bölməsi ərizəçiyə imtina məktubu vermişdir. Göründüyü kimi İddiaçı həm iddia ərizəsini imzalamamış, həm də aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə iddiaçıya qərardaddakı nöqsanları aradan qaldırdıqdan sonra ümumi məhkəməyə deyil, ərazi üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnu izah edir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında DSMFnun Şəki Şöbəsinin müdiri T.Ə.Davudova qarşı “əyani oxuduğu təhsil illərinin pensiya təyin edilərkən ümumi əmək stajına daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar