Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1414/2023 22.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu İddiaçı Cavabdeh qarşı miras tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çox çətin, dözülməz yaşayışını, şaqqalanmaları, şiddətləri nəzərə alaraq doğma atasının mirasından ona qazından, işıqdan, sudan istifadə edə bilməsi üçün 1/6 hissənin əvəzinə 1 otaq və həyətin torpaq sahəsindən notarial qaydada verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 20 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair məhkəməyə ərizəsi daxil olmuşdur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdeh qarşı miras tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №2(075)-1414/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1414/2023
22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver