Məhkəmə qərarları › İş №2(075)-1620/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1620/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1620/2021 14.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh QSC-nin Şəki filialına qarşı “borcun ləğv edilərək hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Cavabdeh QSC-nin tələb etdiyi ümumilikdə 11339 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ondan alınaraq Şəki rayon Cavabdeh QSC-nin hesabına ödənilməsi tələbini ləğv edərək onun ödəmək imkanını nəzərə alaraq hər ay 30-40 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-63/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X1 müştərək qaydada məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 6054.19 ABŞ dolları məbləğində kredit borcu, 5285.1 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 11339.29 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq «Cavabdeh” QSC-nin hesabına ödənilməsi, İddiaçı və X1 müştərək qaydada 120 manatın alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. İddiaçı Şəki rayon Cavabdeh QSC-nin tələb etdiyi ümumilikdə 11339 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ondan alınaraq Şəki rayon Cavabdeh QSC-nin hesabına ödənilməsi tələbini ləğv edərək onun ödəmək imkanını nəzərə alaraq hər ay 30- 40 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, qanunvericiliyin tələbinə əsasən qətnamənin hissə-hissə icra edilməsinə dair ərizələrə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh QSC-nin Şəki filialına qarşı “borcun ləğv edilərək hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar